27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Gəncədə 3 sindrom: Biri qırıldı, biri təxirə düşdü

“Kəpəz” Gəncədə üzləşdiyi ən uğursuz seriyalardan birini qırıb.

Futbolxeber.az saytının məlumatına görə, qərblilər “Neftçi” ilə ev oyunlarındakı qələbəsizliyə Topaz Premyer Liqasının XIII turunda son qoyub. 2002-ci il fevralın 27-də əldə olunan 2:1 hesablı qalibiyyətdən sonra səfərdə 3 xal qazanmasına baxmayaraq, gəncəlilər evdə bunu bacarmırdı. Öz meydanındakı 8 matçda cəmi 2 heç-heçə edib, 6 dəfə uduzan gəncəlilər əzəli rəqibi ilə duellərdəki sindromu 2:0 hesablı qələbə ilə qırıb.

5387 gündən sonra qırılan sindrom “Kəpəz”in tarixində 3 ən uğursuz ev seriyasından biridir. Ardıcıl 9 oyundur “Qarabağ”ın uduzmadığı Gəncə səfərləri “Bakı” üçün də uğurlu alınıb. Paytaxtın eyniadlı klubu bu səfərlərdə 6 oyundur yenilmir. “Neftçi”dən fərqli, digər iki komanda ilə matçlardakı seriyalar qırılmayıb. Lakin “Bakı” peşəkar liqalarda çıxış etmədiyindən bu seriyanın davamı qeyri-müəyyən zamana təxirə düşüb.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30