26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Ayın ən yaxşı qolunun müəllifi - Qeyrət Qənbərov

Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı, I Divizion yarışlarını da daim diqqətdə saxlayır.

Futbolxeber.az saytının məlumatına görə, PFL artıq I Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirir.

I Divizionda vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası səsvermə yolu ilə seçib. Ay ərzində vurulan ən yaxşı  5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilib. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olublar.

PFL-in rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunda ən çox səsi Qeyrət Qənbərov toplayıb (68 faiz). 

Lakin jurnalistlər arasında sorğuda qalib “Şərurspor”dan Fərmayıl Əliyev seçilib.

Belədə yekun nəticəni PFL-in əməkdaşları müəyyənləşdiriblər. Nəticədə ayın ən yaxşı qolunun müəllifi “Şəmkir”dən Qeyrət Qənbərov olub.

Bu gün keçiriləcək “Şəmkir” - MOİK oyunundan öncə Qənbərov mükafatlandırılacaq. Ona mükafatı PFL-in İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynov təqdim edəcəklər. Bu məqsədlə adıçəkilən hər iki şəxs Şəmkirə yollanıb.

Qeyd edək ki, ayın ən yaxşı qolu nominasiyasında digər namizədlər MOİK-dən Orxan Həsənov, “Şərurspor”dan Mehman Məmmədov və “Şahdağ”dan Habil Nurəhmədov idi.

 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30