Ölkə futbolu
Xaqani Məmmədov: “Əliyar Ağayev artıq onların hakimidir” (MÜSAHİBƏ)
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Futbolxeber.az saytına müsahibəsi
“BU İKİ HADİSƏ 55 YAŞIMA ƏN BÖYÜK HƏDİYYƏDİR”
- Bu günlərdə 55 yaşınız tamam oldu. Əvvəlcə bu münasibətlə sizi təbrik edirik.
- Çox sağ olun, minnətdaram.
- Artıq Əliyar Ağayevin Avroliqanın qrup mərhələsinin üçüncü turunda idarə edəcəyi oyun məlumdur. FIFA referimiz bu dəfə “Konyaspor” - “Braqa” görüşünə təyinat alıb. Əvvəlcə bu təyinatla bağlı fikirlərinizi bilmək istərdik.
- Mən bildiyim qədəri ilə heç bir hakim 2 oyun ardıcıl təyinat almayıb. Əliyar Ağayev bu baxımdan birincidir. Bu, UEFA-nın Əliyara olan etimadıdır. Hər adama 2 tur ardıcıl təyinat vermirlər. UEFA-nın Əliyara ümidləri böyükdür. Hazırda Avropada 5-6 perspektivli hakimdən biri də Ağayevdir. İnanıram ki, ilin sonuna kimi daha bir təyinat olacaq. Ardınca onun I kateqoriyaya yüksələcəyinə inanırıq.
- Bu, nə dərəcədə realdır?
- İldə 2 dəfə bu prosedur keçirilir. Əliyarın I kateqoriyaya yüksələcəyinə inam böyükdür. Avroliqanın qrup mərhələsində oyun idarə edən hakimlər ya I kateqoriyaya, ya da Elit qrupa daxildirlər. II kateqoriyadan olan və Avroliqanın qrup mərhələsinə təyinat alan tək-tük hakim var ki, onlardan da biri məhz Əliyardır. Onun yaxın gələcəkdə Elit qrupa yüksəlməsi Azərbaycan hakimlərinə də böyük kömək ola bilər. Fikir verin, Cüneyt Çakırın köməkçisi olanlar artıq Avroliqanın qrup mərhələsinə təyinat alırlar. Bir nəfər cığır açır. Digərləri də onun arxası ilə gedir. Ümid edirik ki, ilin sonunda ya Orxan Məmmədov, ya da Rəhim Həsənov da ikinci kateqoriyaya yüksələcək. Bu, bizim üçün böyük uğur olar.
- Əliyar Ağayevin ardıcıl ikinci tur Avroliqanın qrup mərhələsinin oyununa təyinat alması əvvəldən məlum idi. Lakin idarə edəcəyi oyun təxminən ad gününüzlə eyni vaxta təsadüf etdi. Bunu 55 yaşınıza ən böyük hədiyyə saymaq olar?
- Əlbəttə. Həm bu, həm də Topaz Premyer Liqasının sonuncu turunda hakimlərimizin gözəl idarəçiliyi ad günümə ən yaxşı hədiyyədir. Son vaxtlar yeganə turdur ki, heç bir oyunda narazılıq olmadı. Hakimlərimiz 4 oyunun hamısını yüsək səviyyədə idarə etdilər.
“DEDİYİNİZ FUTBOLÇU OBYEKTİV İNSAN OLUB Kİ, O SÖZÜ DEYİB”
- Sözünüzə qüvvət, hətta “Neftçi”nin üzvü Denilson Pereyra komandasının qapısına penalti təyin olunmasına, Rahil Məmmədovun meydandan uzaqlaşdırılmasına baxmayaraq, hakimin idarəçiliyini gözəl adlandırıb.
- Biz oyunçuların dediklərini əsas götürmürük. Dediyiniz futbolçu obyektiv insan olub ki, o sözü deyib. Sağ olsun. Amma əksər futbolçular bu halda hakimi günahlandırırlar. Ona görə də yaxşı olardı ki, hakimlərin işinə daim mütəxəssislər qiymət versin. Özümüz bütün səhvləri üzə çıxarırıq. Ayın 15-i və 16-da mən bütün günü AFFA-da olmuşam. Oyunlara burada baxırıq, videoanalizlər edirik. Axşam 10-da evə getdim, ad günümü də elə burda keçirdim. Lakin bu dəfə evə gedəndə çox rahat idim. Heç bir probem yox idi. Sağ olsunlar Əliyar Ağayev, Rəvan Həmzəzadə, Orxan Məmmədov və Rəhim Həsənovun hər biri bu tur çox gözəl hakimlik etdi. Diqqət yetirsəz görərsiz ki, son vaxtlar hakim səhvlərinin sayı xeyli azalıb.
- Bu tur 2 oyunu - “İnter” - “Qəbələ” və AZAL - “Kəpəz” matçlarını stadiondan izlədim. İlk oyunda hər şey qaydasında idi. Amma AZAL - “Kəpəz” matçında hakimlə bağlı narazılıqlar olurdu. Konkret epizod deməkdə bəlkə də çətinlik çəkərəm, amma oyunun müxtəlif vaxtlarında hər iki məşqçi hakimdən narazılığını ifadə edirdi...
- Baxın, hərdən narazılıq olduğu görünürdü. Bilirsiz niyə? Başqa vaxt deyirlər ki, hakimlər fit verirlər, oyunun tempini aşağı salırlar.
- Lakin Orxan Məmmədov oynamağa imkan verirdi.
- Bəli. Ancaq məqçilər və futbolçular buna hazır deyillər. Bunu həmişə deyirəm. Həmin oyunda da bir daha sübut olundu. Xaricə gedəndə adi epizodlarda hakim oyunu saxlamayanda heç kimin səsi çıxmır. Amma ölkə çempionatında dərhal narazılıq edirlər. Biz hakimlərə deyirik ki, imkan verin oynasınlar. Top daha çox oyunda olsun, temp aşağı düşməsin. Son turda 4 hakimin hamısı bunun öhdəsindən gəldi. Biz futbolçularımızı da buna hazırlamalıyıq. Hər epizodda hakimə çönüb baxmasınlar. Çiyin-çiyinə oynayanda biri yıxılır, biri ayaqda qalır. Deyirlər ki, ayaqda qalan futbolçu rəqibini yıxdı. Xeyr, bu, fiziki gücün mübarizəsidi. Məsələn, kiçik boylu, zəif cüssəli hücumçu “Neftçi”dəki Jairo ilə hava mübarizəsində yerdə qalacaq. Çünki Jairo cüssəlidir.
“ƏLİYARI “İNTER” - “QƏBƏLƏ” OYUNUNA GÖNDƏRSƏYDİK, SÖZ-SÖHBƏT OLACAQDI”
- Bu turun mərkəzi matçı - “İnter” - “Qəbələ” oyunu idi. Amma bu matça digərləri ilə müqayisədə Premyer Liqa təcrübəsi çox olmayan Rəvan Həmzəzadə təyinat aldı. Əliyar Ağayevi isə “Qarabağ” - “Sumqayıt” oyununa göndərdiz. Düşünmürsiz ki, mərkəzi matçın Rəvan Həmzəzadəyə həvalə olunması risk idi?
- Yox, belə düşünmürəm. Biz istəyirik ki, hakimlərin səviyyəsi eyni olsun. Təyinat verəndə düşünməyək ki, hakim hansı oyunu idarə edə bilər, hansını yox. Əgər hakim Premyer Liqaya təsdiq olunubsa, istənilən oyunu idarə etməyi bacarmalıdır. Əvvəl belə hakimlərin sayı 1-2 idisə, bu gün 7-8-dir. Niyə Əliyarı siz deyən oyuna vermədik? Çünki Ağayev bu mövsüm artıq 3 dəfə “İnter”in oyununu idarə edib. Bu halda isə söz-söhbət olacaqdı. Bütün bunları nəzərə alaraq, oyun Rəvan Həmzəzadəyə tapşırıldı. Arxayın idik. Bilirdik ki, işinin öhdəsindən gələcək. Üstəlik, Rəvanın əlavə köməkçiləri də təcrübəli hakimlər idi. Onların da baş hakimə köməyi dəydi.
- Halbuki əksər hallarda, qapı yanındakı hakimlərin heç bir faydasının olmadığı deyilir...
- Həqiqətən də çox vaxt deyirlər ki, həmin hakimləri ora niyə qoymusuz? Çoxları bilmir ki, həmin hakimlərin xeyri çoxdu. Əksər hallarda baş hakim qulaqcıqla kömək edirlər. “İnter” - “Qəbələ” oyununda bir epizodda Rəvan Həmzəzadə qonaqların futbolçusuna simulyasiyaya görə sarı vərəqə göstərdi.
- Səhv etmirəmsə, Filip Ozobiç idi.
- Həmin epizodda Orxan Məmmədov baş hakimə çox dəstək verdi. Onların danışıqlarını biz görmürük, eşitmirik. Halbuki bir-birilərinə çox dəstək olurlar.
- Razısız ki, Əliyar Ağayevlə müqayisədə digər 2 FIFA referimiz beynəlxalq oyunlara çox az təyinat alır?
- Çempionlar Liqası və Avroliqanın qrup mərhələsindəki oyunların 90 faizini “böyük beşlik” ölkələrindən olanlar idarə edir. Bizim kimi kiçik ölkədən 2 hakimin I kateqoriyaya düşməsi bugünkü gündə mümkünsüzdür. I kateqoriyaya bir nəfər düşəcəksə belə, bu, bizim uğurumuzdur. Rusiyanı saymasaq, keçmiş SSRİ-dən yalnız Belarus, Qazaxıstan və Ukraynadan bir hakim qrup mərhələsinin oyunlarına təyinat alır.
- Yenidən Əliyar Ağayevin mövzusuna qayıdırıq, maraqlıdır, FIFA referimiz UEFA-nın diqqətini necə çəkdi?
- UEFA 3 hakim var idi ki, onları yaxından izləyirdi. Əliyarın uğurlu hakimliyi onların diqqəti çəkdi. Bu halda Hakimlər Komitəsinin üzvlərindən hansısa Kollinaya məlumat verir və beləcə sözügedən hakimi nəzarətə götürürlər. Onun təyinat aldığı oyuna öz adamlarını inspektor kimi göndərirlər ki, sonradan dolğun məlumat ala bilsinlər. Əliyarın da sorağı hər zaman yaxşı gəlir. Bundan sonra artıq hakimimizə inanmağa başladılar. Əliyar artıq onların hakimidir. Bundan sonra tez-tez təyinat alacaq, onu irəli çəkəcəklər. O ki qaldı digər FIFA referilərimizə, onların biri tezliklə ikinci kateqoriyaya düşməlidir.
“TÜRK İŞ ADAMI SÖZ VERİB Kİ, YAYDA BÜTÜN AVROPANI ORA GƏTİRƏCƏK”
- Yeni ildən azərbaycanlı FIFA referilərinin sayı artacağı, Ömər Paşayevin 4-cü olacağı deyilir. Bu, nə dərəcədə realdır?
- Biz FIFA-ya 4 nəfərin adını təqdim etmişik. İndi ad çəkə bilmərəm. Çünki adı beynəlxalq quruma göndərilən hakim, təsdiq olunmasa bu ona mənəvi zərbə olar. Görək, bəlkə Əliyarın uğurlarının qarşılığında 4-cü hakimimiz də FIFA referisi kimi təsdiq olundu.
- 4-cü FIFA referimiz olsa, bu, avtomatik yan xətt hakimlərinin də sayının artması deməkdir.
- Bəli. Bu halda daha 2 yxan xətt hakimimiz beynəlxalq status alacaq. Hazırda 3 əsas, 6 yan xətt hakimimiz beynəlxalq oyunlara təyinat alır. İstəyimiz reallaşsa, yan xətt hakimlərinin sayı 8-ə çatacaq.
- Qış fasiləsinə elə də çox vaxt qalmayıb. Artıq fasilə ilə bağlı planlarınız məlumdur?
- Çox güman ki, hakimlərimizin Antalyada təlim-məşq toplanışı olacaq.
- Son zamanlar hakimliyin irəli getməsi onlar üçün şəraitin yaxşılaşdırılmasına əsas verir?
- Əlbəttə. Həmişə mövsümə çox pis başlayırdıq. Bu mövsüm 1-2 oyunu çıxmaq şərti ilə hamısı yaxşıdır.
- Bunda yayda Bolqarıstanda keçdiyiniz hazırlığın nə dərəcədə rolu var?
- Bunun üçün çox böyük rolu var. Yayda Bolqarıstanda çox yaxşı hazırlıq keçdik. İlk dəfə idi ki, hakimlərimiz yayda sanballı klubların oyunlarını idarə etdilər. Orada çox yaxşı komandalar var idi. Gələn il söz veriblər ki, həmin məkana daha güclü komandalar gələcək. Biz orada olarkən 4 yeni meydan inşa olunurdu. Bütün bunları türk iş adamı həyata keçirir. O qeyd etdi ki, gələn yay bürtün Avropanı ora gətirəcək. Bu, yayla bağlı planlarımızdır. Qışda isə təbii ki, Antalyada hazırlıq keçəcəyik.
“ANTALYADA HAKİMLƏRİMİZƏ TƏLƏBAT ÇOXDUR”
- Ötən il Antalya toplanışı olmadı və bu, Rusiya klublarının ora gəlməməsi ilə bağlı idi. Artıq bu problem də aradan qalxıb.
- Həqiqətən də Antalyaya getməməyimizdə dediyiniz məqamın böyük rolu oldu. Düzdür, bəziləri bunu maddi durumla əlaqələndirdilər. Lakin belə deyildi. Pul yox idisə, Bolqarıstan necə hazrlıq keçdik? Rus klubları ilə bağlı problem də artıq aradan qalxıb. Bu il hamısı Antalyaya yollanacaq. Ruslar özləri də ora can atırlar. Həm də nəzərə almaq lazımdır ki, Antalyada hakimlərimizə təlabat çoxdur.
- Əliyar Ağayevin qazandığı uğurlara baxmayaraq, tənqid olunursuz. Üstəlik, tənqidlər son günlər daha da artıb.
- Əliyar hər dəfə təyinat alanda məni tənqid edənlər də fəallaşırlar. Halbuki Əliyarı qazandığı uğurlara görə təbrik etmək lazımdır. Mən razıyam təki təyinatarın sayı çox olsun, eybi yoxdur, qoy, məni tənqid edənlər də fəallaşsınlar. Bizim işimizin göstərici Əliyar Ağayevin qazandığı uğurlardır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO