26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qəbələ”: 12 oyun, 11 qələbə

AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” futbol akademiyasının komandaları 12 matçda qüvvəsini sınayıb. “Qəbələ”nin təmsilçiləri bu görüşlərin 11-də qalib gəlib.

U-19 komandası səfərdə AZAL-ı 2 cavabsız qolla məğlub edib. 4 turdan sonra məğlubiyyətsiz irəliləyən “qırmızı-qaralar” 10 xalla 3-cü pillədə qərarlaşıb.

U-17 isə “İnter”lə səfərdən eyni hesabla qalib ayrılıb. Ardıcıl 3-cü qələbədən sonra “Qəbələ”nin təmsilçisi itkisiz irəliləyən 3 komandadan biridir.

U-15 “Kəpəz”lə II turun səfər matçında 8:0 hesabı ilə qalib gəlib. 6 xala malik komanda 100 faizli nəticə göstərən 3 iştirakçıdan sırasındadır.

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13 də növbəti oyunlarını keçirib. U-14 “Neftçi” İK İB üzərində 4:0 hesablı qələbə ilə 3 matçdan sonrakı xal hesabını 9-a çatdırıb. “Təhsil FM”ə 7:0 hesabı ilə qalib gələn U-13 ilk qələbəsini qazanıb. Komanda 3 oyundan sonra 4 xala malikdir.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında “Qəbələ” bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” UGİM-i (Qax) 12:1, UGİM İsmayıllı UGİM-ini 3:1 hesabı ilə məğlub edib. Hər iki “Qəbələ” təmsilçisi 2 turdan sonra 6 xalla liderliyə şərikdir. U-11 Liqasında UGİM İsmayıllı UGİM-ini 13:1, “Qəbələ” Qax UGİM-ini 12:0 hesabı ilə yenib. Komandalar ilk 2 turda 6 xal toplayıb. U-10 Liqasında “Qəbələ” “Kürmük”ü 14:0, Gİİ “Viktoriya”nı 9:4 hesabı ilə məğlub edib. UGİM isə “Şorsu”ya 2:3 hesabı ilə yenilib.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30