26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

AFFA və UEFA rəhbərliyi arasında görüş keçirilib

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan UEFA prezidenti Aleksander Çeferinlə görüşüb.

Futbolxeber.az saytının məlumatına görə, Rövnəq Abdullayev UEFA prezidenti seçilməsi münasibətilə A.Çeferini bir daha təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı AFFA və UEFA arasında mövcud əməkdaşlığın müvəffəqiyyətlə davam etdirildiyi qeyd edilib, gələcək planlar müzakirə olunub.  AFFA prezidenti bildirib ki, UEFA ilə AFFA əməkdaşlarının birgə əməyi sayəsində son 6 ayda  ölkəmizdə futbolun inkişafı ilə bağlı yeni proqram layihəsi hazırlanıb və dünən UEFA və AFFA nümayəndələrinin iştirakı ilə proqram layihəsi geniş müzakirə olunub. “GROW 2020” adlanan proqramda 5 illik inkişaf strategiyası nəzərdə tutulub. Rövnəq Abdullayev AFFA-nın  UEFA ilə birgə yeni inkişaf strategiyası hazırlayan ilk  milli assosiasiyalardan biri olmasının sevindirici hal olduğunu deyib.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun, baş katib Elxan Məmmədovun, UEFA-nın baş katibi Teodor Teodoridisin və UEFA-nın əməkdaşı Zoran Lakoviçin iştirak etdiyi görüşün sonunda xatirə şəkli çəkdirilib.

 


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30