27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

İsgəndər Cavadov: “Bəzi adamlar “Neftçi”yə gəlişimi istəmirdilər”

"Hücumçu meydanda yaşamalıdır. O, komandanın lideri, qələbə təminatçısıdır. Hücumçu oynayanda bütün komanda yaxşı oynayır. Biz 5-6 nəfərlə Kiyev "Dinamo"su, Tbilisi "Dinamo"su, Moskva "Spartak"ı ilə oynayırdıq və onlar bizimlə bacarmırdı. Ancaq bizdə də o səviyyəli futbolçuların sayı daha çox olsaydı, ilk "5-liy"ə də düşə bilərdik. Kitabda bunları qeyd etmişəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri veteran futbolçu İsgəndər Cavadov 60 illiyinə həsr olunmuş kitabın təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

"N11 İsgəndər Cavadov" adlanan kitabın təqdimatında iştirak edən səbəbkar Azərbaycan futbolunda hazırda daha bir İsgəndər Cavadovun olmadığını bildirib: “İllər keçsə də, Anatoli Banişevski, Kazbek Tuayev kimi futbolçular hələ də yoxdur. Sonra biz gəldik. Ancaq son illərdə bu, böyük problemdir. Bizim vaxtımızda bəzi problemlər vardı. İndi açıqlamaq istəmirəm. Bizə irəli getməyə imkan vermirdilər. Məsələ mənlə bağlı idi. Futbolçu olanda istəyirdim ki, gələcəkdə komandada məşqçi, rəhbər olaraq çalışım. Ancaq bəzi adamlar komandaya gəlişimi istəmirdilər. Son illərdə isə məni komandadan birtəhər uzaqlaşdırmağa çalışırdılar. Amma bacarmadılar. Çünki mənim futbolda zəhmətim böyükdür. Həm xalqın, həm də ölkə başçılsının qarşısında hörmət qazanmışam".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30