27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qəbələ” kimi rəqibə qarşı oynamaq heç vaxt asan olmur”

“Hücum xəttimiz həmişəki kimi yaxşı oynadı. Qol buraxdığımız matçlarda 3 xal qazanmağımız da ön xətt oyunçularının əməyidi”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Belçikanın “Anderlext” klubunun qapıçısı Devi Ruf deyib.

22 yaşlı qolkiper Avropa Liqasının qrup mərhələsinin I turunun “Qəbələ” ilə ev oyunundakı 3:1 hesablı qələbəni şərh edib: “Qəbələ” ilə qarşılaşmada çox sayda qol imkanları yaratdıq. Bu da komandamız üçün müsbət məqamdı. Buraxılan qolda müdafiəçimiz Bram Neytinkin səhvinə gəlincə isə hər kəsin xətası olur. Fikrimcə, müdafiəçinin səviyyəsini bir səhvlə qiymət vermək olmaz. Təbii ki, arxa xətdə oyunumuzu bir az da təkmilləşdirməliyik. Bunu etməyimiz çox vacibdi. Çünki daha az səhv etməliyik. “Qəbələ” ilə qarşılaşmada 3 xal qazandıq ki, ən önəmlisi də bu idi. Rəqibə yuxarıdan aşağı baxıb, asanlıqla qalib gəldiyimizi demək düzgün olmaz. Çünki “Qəbələ” kimi yaxşı təşkil olunmuş rəqibə qarşı oynamaq heç vaxt asan olmur” (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30