27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Elnur Məmmədov və Vəli Qasımov rəsmən “Neftçi”dən getdi

Neftçi”də islahatlara start verilib.

Futbolxeber.az klubun rəsmi saytında yer alan məlumatı təqdim edir:

Əsas komandanın son oyunlardakı uğursuz nəticələrini, Müşahidə Şurasının 28.08.2016-cı il tarixdə keçirilmiş iclası zamanı klubda islahatların davam etdirilməsi haqqında qərarlarını, eyni zamanda 09.09.2016-ci il tarixdə klubun səhmdarları ilə keçirilmiş görüşdə bu qərarların ən qısa zamanda yerinə yetirilməsi barədə nəticəyə gəlinməsini nəzərə alaraq, “Neftçi” PFK aşağıdakı qərarları qəbul edib:

- Vəli Qasımov “A” komandanın baş məşqçisi vəzifəsindən azad edilsin;

- Elnur Məmmədov klubun icraçı direktoru vəzifəsindən azad edilsin;

- Mübariz Xudiyev klubun icraçı direktorunun idman məsələləri üzrə müavini vəzifəsindən azad edilsin;

- İcraçı direktorun idman məsələləri üzrə müavini vəzifəsi klubun struktur dəyişikliyi ilə əlaqədar olaraq ləğv edilsin.

“Neftçi” PFK yuxarıda adları sadalanan şəxslərə klubdakı fəaliyyətinə görə təşəkkürünü bildirir və onlara gələcək karyeralarında uğurlar arzulayır.

Yeni təyinatlarla bağlı məlumat yaxın zamanda elan olunacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30