27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Çingiz Abdullayev: “Qurban bayramına 1 gün qalmış adamı işdən çıxardarlar?”

“DÜNYA FUTBOLU TARİXİNDƏ OLMAYAN ELƏ QƏRARLAR QƏBUL EDƏCƏYİK Kİ...”

“Rəsmi məlumatlar olan kimi ictimaiyyətə açıqlayırıq. Yayılan xəbərlər şaiyədir. Müşahidə Şurasını heç kim vəzifəsindən göndərməyib”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.

Ç. Abdullayev “Qəbələ” ilə oyundan öncə jurnalistlər üçün brifinq təşkil edib. Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandıran Müşahidə Şurasının sədri Vəli Qasımovla bağlı jurnalistlərlə mərcə girməyə də hazır olduğunu söyləyib: “Dünən gecə Vəli Qasımovun ürəyi tutdu, hazırda xəstəxanadadı. Sizsə onun xəstəxanadı olduğuna inanmırsız. Gəl, 1000 manatdan mərcə girək. Gedək xəstəxanaya. Vəli Qasımov orada olmasa, mən sizə 1000 manat verəcəyəm. Olsa, siz mənə 1 manat verəcəksiniz. Adam da yalandan xəstəxanaya düşər? Bəhram Bağırzadə, klubun bəzi əməkdaşları hazırda onun yanındadırlar”.

Çingiz Abdullayev hazırda “Neftçi”ni düşdüyü vəziyyətdən çıxarmağa çalışdıqlarını söyləyib: “Dünən sponsorlarla görüş oldu. Bütün məsələri danışmışıq. Çalışırıq ki, komandanı düşdüyü bu vəziyyətdən xilas edək. Ola bilər xaricdən mütəxəssis dəvət edək. Mümkündür ki, veteranları biryerə yığaq. Məgər biz “Neftçi”ni sevmirik? “Neftçi” dünyada yeganə komandadır ki, 5 dəfə ardıcıl ölkə kubokunun finalında oynayıb. Əvəzedicilərimiz birinci yerdədi. Mətbuat bunu görmür?”

“Neftçi”nin Müşahidə Şurasının sədri baş məşqçi dəyişikliyinə görə jurnalistləri günahlandırıb: “Samir Əliyevə imkan vermədiz işləsin. Əsgər Abdullayevi çalışmağa qoymadınız. İndi də deyirsiz Vəli Qasımovu istefaya göndərin. Gündə bir məşqçi dəyişək? Təzə məşqçi gəlsə, o da 1 il vaxt istəyəcək. 1 dəqiqənin içində baş məşqçi dəyişməklə heç nə həll olunmur”.

Çingiz Abdullayev “Neftçi”nin məqsədinin “üçlüy”ə düşmək olduğunu söyləyib: “Neftçi” ən azı “üçlük”də olmalıdır. Vəziyyəti real başa düşürük. Bu gün “Qarabağ” çox güclüdür. Biz də istərdik çempion olaq. Amma hələ ki ilk “üçlüy”ə düşmək uğrunda mübarizə aparırıq”.

Çingiz Abdullayev Qurban bayramından sonra “Neftçi”də dəyişikliklər olacağını bildirib: “Hələ ki heç bir istefa qəbul olunmayıb. Dəyişikliklər olacaq. Lakin bayramdan sonra. Qurban bayramına 1 gün qalmış adamı işdən çıxardarlar? Yavaş-yavaş dəyişikliklər olacaq. Dünya futbolu tarixində olmayan elə qərarlar qəbul edəcəyik ki...”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30