26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Tənqidləri pis qəbul etsəm, gərək karyeramı bitirəm”

“İnter”i yaxşı oyun və qələbə münasibətilə təbrik edirəm. Bu cür qarşılaşmalara hazırlıqlı olmalıyıq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın in baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının ilk turunda "İnter"lə keçirilən səfər oyunundan sonra deyib.

Təcrübəli metəxəssis 1:2 hesablı yenilgiyə görə kimisə günahlandırmaq istəməyib: “Biz komandayıq, məğlubiyyəti hər hansı futbolçunun adına yazmaq olmaz. "Viktoriya Plzen" ilə oyunla bağlı problem yoxdur. Çünki fərqli turnir və fərqli oyunlardır. Qalib gəlmək istəyirdik, amma alınmadı. Namiq Ələsgərovu meydana buraxdım, vəziyyəti pis deyil. Sadəcə oyun təcrübəsi azdır. Çalışırıq ki, əvvəlki vaxtlarını geri qaytaraq. Meydança ilə bağlı nəsə deyə bilmərəm. Bu meydanda qalib gəldiyimiz oyunlar olub. Ancaq təbii otla süni qazon eyni deyil"

Qurbanov Avroliqanın pley-off mərhələsində qarşılaşacaqları "Göteborq"la bağlı fikirlərini də açıqlayıb: “Rəqib haqda az da olsa, məlumatımız var. Oyunları ilə maraqlanmışıq. "Sumqayıt"la oyundan sonra daha ətraflı məlumat toplamağa çalışacağıq. Bunun üçün bir həftəmiz olacaq. Keçilməz rəqib yoxdur. Çalışacağıq ki, daha yaxşı hazırlaşaq. Bu iki oyun bizim üçün çox önəmlidir. Deyərdim ki, arzuolunmaz rəqibdir. "Viktoriya Plzen"lə oyundan sonra sonra tənqidlər oldu. Buna hazır olmalıyıq. Öz işimizi layiqincə yerinə yetirməyə çalışırıqsa, bunları düşünməməliyik. Özümüz səhvimizi, düzümüzü görürüksə, tənqidləri normal qarşılayıram. Tənqiddən tənqidə fərq var. Bu günə qədər heç kim haqda fikir, rəy bildirməmişəm. Ola bilər ki, hər hansı bir sözə görə, kiçik fikir bildirmişəm. Bu gün 44 yaşım var. İndidən tənqidləri pis qəbul etsəm, gərək karyeramı bitirəm”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30