26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Kəpəz”in məqsədi çempionatda ilk “dördlüy”ə düşməkdir”

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız yoxlama oyununda “Şərurspor” üzərində 6:1 hesablı qələbə qazandı. Həmin qarşılaşmada komanda istədiyiniz oyunu sərgilədi?

- Avroliqadan sonra komanda çempionata köklənməlidir. Avroliqa bizim üçün artıq bitib. Hazırda bütün diqqətimizi qarşıdakı mövsümə yönəltmişik. Ona görə də son 1 həftədə gərgin məşqlər keçdik. Fiziki cəhətdən artırmaq, çatışmayan cəhətlərimizi düzəltmək üçün çalışdıq. Ağır məşqlərdən sonra “Şərurspor”la üz-üzə gəldik. Matçda bütün oyunçulara oynamaq imkanı yaradıldı. Birinci hissədə meydanda az oynayanlar, fasilədən sonra isə əsas heyət mübarizə apardı.. Bəzi məqamlara aydınlıq gətirmək istəyirdik. Oyunda komanda mən istədiyimi edə bildi. Qarşıda bizi çətin çempionat gözləyir. Şərəfli işin öhdəsindən gəlmək üçün tam gücümüzlə çalışmalıyıq. Səhvləri minimuma endirməliyik.

- “Kəpəz”i çempionata tam hazır satmaq olar?

- Xeyr, tam hazır deyilik. Düzdür, keçənilkinə nisbətən bu vaxt üçün indi daha hazırlıyıq. 3-4 turdan sonra komanda ritmi tutacaq və daha hazır vəziyyətdə olacaq.

- Komandanızın ötən illə müqayisədə daha güclü olması fikrini qəbul edirsiniz?

- Tamamilə razıyam. “Kəpəz”in hazırda göstərdiyi futbol bunu deməyə əsas verir.

- Cari mövsüm üçün məqsəd nə olacaq?

- Gəncə azarkeşləri artıq 5-ci yerlə razılaşmayacaqlar. Daha yuxarı yerlər üçün oynamalıyıq. Yenidən avrokuboklara vəsiqə qazanmaq fikrindəyik. Düzdür, bu məqsəd üçün çox komanda mübarizə aparacaq. Çalışacağıq ki, ilk 4 yerdən birini tutaq. Amma buna nə qədər nail olacağıq, zaman göstərəcək. İstənilən halda, “Kəpəz”in məqsədi çempionatda ilk “dördlüy”ə düşməkdir.

- Sizcə bu mövsüm hansısa komanda Topaz Premyer Liqasında “Qarabağ”ın hegemonluğuna son qoya bilər?

- Mənə elə gəlir ki, qarşıdakı mövsüm keçənilkində daha çətin keçəcək. “Qarabağ”ın da, digər klubların da işi asan olmayacaq.

- Hazırkı legioner limitinin dəyişirilməsinə necə baxırsınız?

- Hazırda limit normaldı. Effekt verirsə, saxlamaq lazımdır.

- İlk 3 turda “Qəbələ”, AZAL və “İnter”lə qarşılaşacaqsınız. Təqvim işinizi çətinləşdirəcək? Nəzərə almaq lazımdır ki, 2 iddialı komanda ilə səfərdə qarşılaşacaqsınız.

- Bu çempionatda bütün oyunlar çətin keçəcək. 8 komandanın heç biri zəif deyil. Hər oyuna məsuliyyətlə yanaşmalıyıq. Bir qədər boşaldınsa, rəqib səni dərhal cəzalandıracaq. İtirlən hər xal baha başa gələcək. Mövsümün sonunda bunun acısını çəkməmək üçün hər oyuna ciddi yanaşmaq lazımdır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30