27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Tərlan Əhmədov: “Neftçi” mənim yaralı yerim deyil”

AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun Futbolxeber.az saytına müsahibəsi

- Növbəti mövsümün startına artıq az vaxt qalıb. Komandanızın hazırlıqları necə keçir?

- Hazırlıqlar normal keçir. İyunun 21-dən məşqlərə başlamışıq. Dünən növbəti yoxlama oyunumuz keçirdik. Bu, sayca 4-cü hazırlıq matçı idi. Ayın 30-da sonuncu yoxlama görüşündə “Qaradağ-Lökbatan”la üz-üzə gələcəyik. Komandaya cəlb olunan yeni futbolçular var. Artıq heyəti komplektləşdirmişik. Yalnız daha 1 futbolçu axtarırıq. Qarşıdakı günlərdə onu heyətə cəlb edəcəyik.

- Hansı mövqe üçün futbolçu axtarırsınız?

- Müdafiə xəttinə. Axtarışlarımız davam edir. Təcrübəli futbolçu axtarışındayıq. Rail Məlikov gedəndən sonra onun boşluğunu doldurmamışıq.

- Həmin futbolçu yerli olacaq, yoxsa legioner?

- Açıq-aşkar deyə bilərəm ki, hazırda həmin mövqe üçün yerli futbolçu tapmaq mümkün deyil. Buna görə də əcnəbi olacaq.

- AZAL-ın builki büdcəsi əvvəlkindən çox olacaq?

- Xeyr, həmin büdcə qalıb. Çempionatda iştirak ediriksə, büdcə nizi maraqlandırmır.

- Ötən mövsüm 10 komandadan ikisi - “Rəvan” və “Xəzər Lənkəran” autsayder idi. Bu dəfə isə 8 komandalı çempionatda mübarizə aparacaqsınız. Söyləmək olar ki, AZAL-ın işi bu dəfə daha çətindir?

- Ötən mövsüm “Rəvan”la oyunlarda xallar itirmişdik. Bu komandaya uduzmuşduq da, heç-heçə də oynamışdıq. Əvəzində ilk “beşlik”dəki komandaların hamısını öz meydanımızda məğlub etmişdik. Yəni, bütün komandalara qarşı layiqli oynamışdıq. İnanıram ki, bu il çıxışımız keçənilkindən daha yaxşı olacaq

- Yəni, möcüzə baş verəcək...

- Futbolda möcüzə 1 oyunda ola bilər, mövsüm boyu yox. Uğur qazanmaq üçün komandada hər kəs öz işini yerinə yetirməlidir. Ötən mövsüm Avroliqaya vəsiqə qazana bilərdik. Sonda şansımızı əldən verdik. Çalışacağıq ki, bu il Avroliqaya vəsiqə qazanaq.

- Artıq yeni mövsümün püşkü atılıb və ilk turda “Neftçi” ilə qarşılaşacaqsınız. Bu komandanı sizin yaralı yeriniz adlandırmaq olar?

- Yox, belə deməzdim. Bu mövzuya qayıtmaq istəmirəm, mənim yaralı yerim yoxdu. Hər şey keçmişdə qalıb. Qarşıdakı matçları düşünmək lazımdır. İlk oyunlar həmişə çətin keçir. “Neftçi” ilə görüşdə şanslar bərabərdir. Birinci turda hamı ehtiyatlanır. Heç kim ilk turda uduzmaq istəmir. Biz də istəyirik ki, mövsümə uğurla start verək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30