26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Bakı”nın qazandığı son kubok...

Son mövsümü I divizionda keçirən, ardıcıl 2 ildir ciddi problemlər yaşayan “Bakı” klubu... Aşağıda gördüyünüz videonun bu günlərdə 4 yaşı tamam oldu.

4 il - “Bakı”nın qazandığı sonuncu kubokun, titulun üstündən məhz bu qədər müddət keçib. 2012-ci ilin 17 mayında ölkə kubokunun finalında “Bakı” çempionluğu rəsmiləşdirən “Neftçi”ni “Dalğa Arena”da 2 qolla keçdi. Koke və Juniorun qolları “zolaqlılar”a tarixi ərzində 3-cü kuboku qazandırdı. Geridə qalan 4 il ərzində çox şey dəyişdi. “Bakı” artıq I diviziondadır. Növbəti mövsümdə hansı yarışda mübarizə aparacağını isə indidən heç kim bilmir. Lakin ümid hər zaman var. “Bakı” rəhbərliyi Azərbaycan futbolunun inkişafı üçün çox böyük işlər görüb. Azərbaycanın ən yaxşı bazası tikilib - 30 milyon dollar qarşılığında. Azərbaycanın müxtəlif yaş qrupları üçün 40-dan artıq futbolçu yetişdirilib. Hafiz Məmmədovun inşa etdirdiyi akademiyanın sayəsində. Təkcə bu 2 fakt “Bakı”nın yaşaması üçün ciddi əsasdır.

Ümid edək ki, tezliklə vəziyyət dəyişəcək və “Bakı” əvvəlki günlərinə qayıdacaq. İndi isə hələlik “Bakı” azarkeşləri 4 il əvvələ dönüb “Bakı”nın qazandığı son kuboka baxa bilərlər...  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30