26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Özümü kiməsə sübut etmək fikrim yox idi”

“Yaxşı, maraqlı oyun oldu. Meydanda üstün olan tərəf biz idik, fəallığımız bəhrəsini verdi və qələbə qazandıq. Bunun üçün sevincliyik”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Orxan Əliyev deyib.

Gənc futbolçu kapazpfc.az saytına Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində “Xəzər Lənkəran” üzərindəki qələbəni şərh edərkən daha sonra bunları əlavə edib: “Matça ciddi hazırlaşmışdıq, bu da son nəticədə sözünü dedi. Üç xalı üç qolla qazandıq. Qarşıda bizi bir-birindən daha çətin oyunlar gözləyir. Uğurlu çıxışımızı davam etdirməliyik”.

Cənub təmsilçisi ilə görüşdə meydana sonradan daxil olan Əliyev fərqlənməyi də bacarıb. O, “Kəpəz”in üçüncü qoluna imza atıb: “Meydana çıxıb oynamaq və qol vurmaq istəyirdim. Göstərmək istəyirdim ki, oynaya bilirəm. Özümü kiməsə sübut etmək fikrim yox idi. Gücümə arxalanıram və  komandam, özüm üçün fərqlənmək istəyirdim. Məşqçinin meydanda hansı mövqedə şans verməsindən asılı olmayaraq oynamaq və özümü göstərmək fikrindəyəm”.    




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30