26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

13-cü stadion, 11-ci hakim

Azərbaycan Premyer Liqasının XXXIII turu iki ilklə əlamətdar olub. Futbolxeber.az saytının məlumatına görə, çempionat tarixində ilk dəfə oyunlardan biri “Əlincə Arena”da keçirilib. Masazırdakı stadion cari mövsümdə Premyer Liqa matçını qəbul edib. “Neftçi” - AZAL matçının (3:1) qarşılaşmasının keçirildiyi arena bu mövsüm çempionatda istifadə olunan 13-cü stadiondur. 33 turun 165 matçında daha çox qarşılaşma “İnter Arena”da keçirilib - 19. Qəbələ şəhər stadionu, “Xəzər Lənkəran” mərkəzi stadionu və “Bayıl Arena”nın hərəsi 17, Zirə idman Kompleksi, Gəncə şəhər stadionu hərəsi 16, “Kapital Bank Arena” 15 matçı qəbul edib. “Bakcell Arena” və “AZAL Arena” hərəyə 14, “Azərsun Arena” 13 matça ev sahibliyi edibsə, “Dalğa Arena”da 4, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda 2, “Əlincə Arena”da 1 qarşılaşma baş tutub.

“Qarabağ”ın “Sumqayıt”la görüşünü (1:0) idarə edən Rövşən Rəcəbov da Premyer Liqada debüt edib. Karyerasında ilk belə matça çıxan gənc ədalət təmsilçisi cari mövsüm çempionat oyunu idarə edən 11-ci hakimdir. Əvvəlki 32 turda yalnız 10 referiyə Azərbaycan Premyer Liqasının matçı həvalə edilmişdi. 165 görüşdə Rəhim Həsənov hamıdan çox – 24 oyun idarə edib. Ömər Paşayev 21, Əliyar Ağayev 20, Fariz Yusifovla Rauf Cabbarov hərəyə 17, Orxan Məmmədov 16, Ramil Diniyev 14, Elvin Əsgərov 13, Rəvan Həmzəzadə 12, İnqilab Məmmədov 10, Rövşən Rəcəbov 1 matçın baş hakimi olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30