26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Qriqorçuk: “Belə vəziyyətdə güclü olub, baş verənləri yaşamaq lazımdır”

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qəbələ” - “Neftçi” cavab oyunundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis komandasının finaldan kənarda qalmasını belə şərh edib: “Futbolçularıma təşəkkür edirəm. Onları qınamaq istəmirəm. Belə vəziyyətdə güclü olub, baş verənləri yaşamaq lazımdır. Artıq qarşıdakı çempionat matçını da düşünməliyik. Bəzi oyunların təhlilindən sonra futbolçularla sərt, tənqidi söhbət etmişik. Amma bu matça görə onlara irad bildirmək olmaz. Futbolçularım bütün bacarıqlarını ortaya qoydular. Lakin onlara çox öyrənmək lazımdır. Onlara dəstək olmağa çalışıram. Finala yüksələ bilməməyimizin səbəblərindən biri odur ki, həm ilk, həm cavab oyununda qol imkanlarından istifadə edə bilmədik. Hücum quruculuğunda ideala yaxınıq, amma sonluğu alınmır. Bütün oyun boyu aşkar üstünlüyə malik olduq. Əlbəttə, müəyyən səhvlər, istifadə olunmayan qol imkanları da gördük. Penaltilər seriyasında zərbə endirən oyunçuları onların istəyinə əsasən seçirəm. Bu gün də belə oldu. Seçim barədə düşünüb, təhlil etmək istəmirəm. Bu deyil, digər futbolçunun zərbə vurmasının necə nəticələnəcəyini bilmək olmaz. Bu matçda uduzub, kubok yarışından kənarda qaldıq. Peşəkar kimi yanaşsaq, qələbənin də, məğlubiyyətin də olduğu idman həyatını yaşamalıyıq”.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30