27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Şahin Diniyevdən qələbə şərhi

Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində keçirilən “Kəpəz” - “Rəvan” oyunundan (3:2) sonra ev sahiblərinin baş məşqçisi Şahin Diniyev matçla bağlı fikirlərini jurnalistlərlə bölüşüb. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis qələbəni belə şərh edib: “Həm hesabdan, həm də oyunun gedişindən hiss olundu ki, çətin görüş oldu. Son dövrlər qələbə qazanmaq bizə asan olmur. Komandada yorğunluq var, amma bunu səbəb eləmək istəmirəm. Xarakter hesabına oynamağa çalışırıq və buna da nail oluruq. Birinci hissə yaxşı oynamadıq, qoldan sonra tez sakitləşdik. Fasilədə uşaqlarla ciddi söhbətimiz oldu. Onlara bildirdim ki, hər oyun bizim üçün sanki final görüşüdür. İkinci hissənin əvvəlində sürətli hücumlarla rəqibi təzyiq altinda saxlayib lazım olan qolları vura bildik. İki qol buraxmağımız məni narahat edir. O ki qaldı azarkeşlərimizə, onlar sadəcə, möhtəşəmdirlər. Udduq, uduzduq fərq etmir. Hər zaman bizim yanımızdadılar. “Rəvan”a da göstərdiyi mübarizəyə görə təşəkkür edirəm” (klub saytı).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30