26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Əliyar Ağayev: “Qarabağ” - “Qəbələ” oyununda da səhv etmişdim”

“Danışmaq çətindi. Heç kim istəməz ki, səhv etsin. Təkəbbürlük kimi çıxmasın, amma mənim kimi hakim elə səhv etməməliydi”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri FIFA referisi Əliyar Ağayev deyib.

Ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən “Neftçi” - “Qəbələ” (1:1) matçında səhvi olduğunu qeyd edən Ağayev, cari mövsümdə zəif təsir bağışladığını vurğulayıb: “Üzr istəmək zəiflik əlaməti deyil. Amma bilirəm ki, üzr istəməklə heç nəyi dəyişməyəcək. Karyeramın ən zəif mövsümünü keçirirəm. Niyə belə olduğunu özüm də bilmirəm, Nə cəza verilsə, razıyam. Daha əvvəl “Qarabağ” - “Qəbələ”, “Neftçi” - “Sumqayıt” oyunlarında da səhvim olmuşdu və həmin vaxt da cəzalanmışdım”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30