Ölkə futbolu
“3 hakimdən 2-si cəhənnəmə düşür, qoy, Əliyar Ağayev hansı tərəfdə olduğunu seçsin”
“Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqov “Neftçi” ilə oyundan sonra (1:1) jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyun barədə nə deyə bilərsən?
- Meydana qələbə üçün çıxmışdıq. Hesabı da erkən açdıq. Fasilədən sonra əks-hücumlara üstünlek verirdik. Bunun nəticəsində 3-4 yüzfaizlik qol epizodu yaxalasaq da, onları dəyərləndirə bilmədik. Bununla belə, 1:1 pis nəticə deyil. Səfərdə qol vurmuşuq. Hesab edirəm ki, cavab oyunundan sonra mərhələ adlayan tərəf olacağıq.
- Fasilədən sonra əks-hücumlara üstünlük verməyinizə səbəb nə idi?
- Hesabda öndəydik. Əks-hücumlar zamanı rəqibi azlıqda yaxalayırdıq. Belədə qol vurmaq üçün daha çox şansımız olurdu.
- Aleksey Qayın cərimə meydançasında yerdə qaldığı epizodda penalti var idi?
- 100 faiz. Hakimin qəbul etdiyi qərar biarbıçılıqdır. Epizoda baxıb, hakimlər özləri utansınlar. Hamı gördü ki, orda penalti var idi.
- Qırmızı vərəqə aldığın epizodla bağlı fikirlərin necədir?
- Nə deyim? Əliyara təşəkkür edirəm. Harda məni tutur, qırmızı vərəqə göstərir (gülür). “Qarabağ”la ilk turdakı matçda da məni meydandan uzaqlaşdırmışdı. Halbuki həmin epizodda Qara Qarayevə yüngül toxunmuşdum. Qara özü də hakimin qərarından şoka düşmüşdü. Əliyar Ağayev namaz qılandır. Ona xatırlatmaq istərdim ki, belə bir hədis var: 3 hakimdən 2-si cəhənnəmə düşür. Qoy, indi özü seçsin hansı tərəfdə olduğunu.
- Baş məşqçiniz Roman Qriqorçuk da oyunsonrası mətbuat konfransında hakimlərdən gileyləndi və qeyd etdi ki, “Qəbələ” cari mövsüm hakim səhvlərindən 15 xal itirib...
- Dəfələrlə təmiz qolumuzu saymayıblar. Penaltilərimizi verməyiblər. Bu günə qədər hakimlər haqda danışmamışam. Amma “Neftçi” ilə oyunda səhvlər pik həddə çatdı. Bu qədər səhv olar?
- Səncə Əliyar Ağayev bu gün “Qəbələ”yə qarşı qərəzli idi, yoxsa oyunun ipini əldən buraxmışdı?
- Səhvlərin sayı çox olanda, hamı bunun qərəz olduğunu düşünür. Məncə də bu, qərəzdir. Çünki Əliyar Ağayev harda tutur, mənə heç nədən qırmızı vərəqə verir. Səhv olar 1 dəfə, 2 dəfə. Daha bu qədər yox...
- 1:1 hesabını ədalətli nəticə saymaq mümkündür?
- Qop eziodlarımız çox oldu. Hətta boş qapıya da qol vura bilmədik. Qələbə qazana bilmədiyimiz üçün təəssüflənirik.
- Cavab oyununda meydana çıxmayacaqsan. Komanda yoldaşların yoxluğunu unutdura biləcəklər?
- Əllərindən gələni edəcəklər ki, yerim görsənməsin. Komanda yoldaşlarıma inanıram.
- Bürünc medal və kuboku qazanmaq. Bu 2 məqsədinə çatsa, “Qəbələ” mövsümü xilas etmiş olacaq?
- Bizim üçün III və ya V yerin fərqi yoxdur. Bu cür kluba çempionluqdan başqa heç bir nəticə yaraşmır. Mütləq kuboku qazanalıyıq ki, mövsümü titulla tamamlayaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO