27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Qarabağ”ın yeni rekordçusu

Ansi Aqolli “Qarabağ”ın tarixinə düşüb. Futbolxeber.az saytının məlumatına görə, albaniyalı müdafiəçi Ağdam klubunun heyətində ən çox oyun keçirən legioner adına yiyələnib. Bu, Azərbaycan Premyer Liqasının XXXI turunun “İnter”lə ev oyununda gerçəkləşib. Komandasının 2:0 hesabı ilə qalib gəldiyi oyun Ansinin “göy-qara”ların heyətində 228-ci matçı olub. Albaniyalı çempionatda 168, kubokda 17, avrokuboklarda 43 dəfə “Qarabağ”ın şərəfini qoruyub. 228 matçda çıxış edən müdafiəçi 3-ü çempionat, 1-i avrokuboklarda olmaqla, 4 dəfə rəqib qapılarına yol tapıb. Aqolli 228-ə çatmaqla Albaniya yığması və “Qarabağ”dakı sabiq komanda yoldaşı Admir Telinin rekordunu yeniləyib. Belə ki, Ansiyədək əyalət klubunda ən çox oyun keçirən legioner olan Teli 227 matça çıxıb. Amma sonuncu Premyer Liqa və kubok da daha çox oynasa da, Ansi avrokuboklar hesabına ümumi oyun sayında lider olub.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30