26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Asif Məmmədov:"Toplanış yaxşı keçir"

"İnter"in yarımmüdafiəçisi Asif Məmmədov klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Asif, çətin mövsümdən sonra komandamızın futbolçularına istirahət üçün 10 gün vaxt verilmişdi. Bu müddət ərzində yorğunluğu ala bildinizmi? Ümumiyyətlə, necə və harada istirahət etdiniz?

- Yaxşı dincəldim. Ailəmlə birgə istirahət etmişəm. Azərbaycanın rayonlarını, gözəl məkanlarını gəzdik, qohumlara baş çəkdik və daha sonra Bakıya qayıtmışıq. Ona baxmayaraq ki, istirahət üçün az vaxtımız var idi, yaxşı istirahət edə bilmişəm. Əsas isə bizim işimizdir. İndi biz toplanış keçirməliyik və bunu gözəl başa düşürük.

- Artıq bir neçə gündür Türkiyədəyik. Toplanışın gedişi haqqında nə deyə bilərsiniz?

- Biz çox dincəlməmişik deyə, toplanış da ağır keçmir. Az istirhət etmişik, ona görə də məşqlərə başlamaq elə də çətin olmadı. Özümüzü yorğun hiss eləmirik. Toplanış yaxşı keçir, uşaqlar özlərini yaxşı hiss edirlər. Hər şey yaxşı gedir.

- Adətən ilk toplanış futbolçular üçün daha çətin olur. Ona görə ki, oyunçular əsasən fiziki xarakterli məşqlər keçirlər...

- Bir az əvvəl dediyim kimi, biz az istirahət etmişik, ona görə də məşqlərə qayıtmaq elə də çətin olmadı. Məşqlərdəki çalışmalar mənə ağır gəlmir. Başqa toplanışlara baxanda, hansılarda ki, iki-üç məşqdən sonra ayaqlarda yorğunluq başlayırdı və yerimək belə çətin idi, bu toplanış isə başqadır. Az dincəlmişik deyə, həmin çətinliklərlə üzləşmirik.

- Qarşıda "İnter"i Avropa Liqasında çıxış gözləyir. Sizin fikirinizcə, komandamız bu yarışda özünü yaxşı tərəfdən göstərə biləcəkmi?

- Təbii ki, biz özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Yaxşı nəticələr qazanmaq istəyirik. Komandamızı çox futbolçu tərk edib və onların əvəzinə gələcək oyunçulardan da çox şey aıllıdır. Onlar özlərini yaxşı tərəfdən göstərməlidilər. İstərdim ki, onlar komandaya tez adaptasiya olunsunlar və komandaya qısa müddət ərzində xeyir versinlər. O halda Avroliqadakı oyunumuzu göstərib, uğur qazana biləcəyik. İki-üç mərhələ keçə bilərik, daha sonra isə çox şey püşkdən asıllıdır, görək qismətimizə hansı rəqib düşür.

- Yeri gəlmişkən, turnirin birinci mərhələsində komandamızın bütün potensial rəqiblərinin adları da artıq məlumdur. Bilmək istərdik, bu klublardan hansını "İnter" üçün daha münasib rəqib hesab edirsiniz?

- Zənnimcə, biz birinci mərhələdəki bütün rəqibləri məğlub etməyə borcluyuq. Bununla belə, etiraf etməliyəm ki, nə qədər zəif rəqib düşsə- bir o qədər də yaxşı olar. Ona görə ki, "İnter"ə yeni futbolçular gələcək və onların komandada uyğunlaşması, öz yerləni tapması üçün vaxt lazım olacaq. Ən azından ikinci mərhələyə kimi onlar komandada özlərini rahat hiss eləməlidilər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30