27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Kəpəz”in kapitanı: “Zirə” ilə evdə oynamağımız heç kimi aldatmasın”

“Neftçi” ilə matçda yaxşı oynayıb qələbə qazandıq. Buna görə hamımız sevinirik. Bu qələbə komanda üçün vacib idi”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in kapitanı Tural Axundov deyib.

Kapazpfc.az saytına açıqlama verən Axundov “Neftçi” üzərindəki qələbənin futbolçular üçün stimul olduğunu söyləyib: “Çempionatda uğurlu çıxış etmək istəyiriksə, hər oyunda xal qazanmağa çalışmalıyıq. Məqsədimiz var, ona doğru irəliləyirik. “Neftçi” ilə görüşdəki üç xal bizi ruhlandırmaqla yanaşı, qarşıdakı oyunlara daha ciddi yanaşmağa sövq edir”.

“Kəpəz” Azərbaycan Premyer Liqasının XXVII turunda Gəncədə “Zirə”ni qəbul edəcək. Təcrübəli müdafiəçi qarşıdakı matçla da bağlı fikirlərini bölüşüb: “Zirə” ilə evdə oynamağımız heç kimi aldatmasın, bu komanda səfərdə də inamlı çıxış edir. Çətin oyun olacaq. Başa düşürük ki, qələbə qazanmağa məcburuq, meydana da bunun üçün çıxacağıq. Bu rəqiblə əvvəlki iki oyunumuz heç-heçə başa çatıb. Amma ilk görüşdə qələbəyə daha çox yaxın idik”.  

Kapitan gəncəli azarkeşlərə də səslənib: “Bizim uğurlu çıxışımızda fanatlarımızın da rolu böyükdür. Azərbaycanın bir nömrəli azakeşləri yəqin ki, bizi qarşıdakı görüşdə də tək qoymayacaqlar. “Kəpəz”i qələbəyə səsləyəcəklər. Onları stadiona gözləyəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30