26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Aleksey Qay: “Qəbələ”nin qələbəsi daha vacibdi”

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXII turunun “Rəvan”la səfər oyununda 1:0 hesabı ilə qalib gəlib. Futbolxeber.az-ın məlumatına görə, ardıcıl 3-cü dəfə meydanı 3 xalla tərk edən “qırmızı-qaralar”ı paytaxtdakı matça kapitan kimi çıxaran Aleksey Qay oyun haqda fikirləri gabalafc.az-a açıqlayıb:

“Qələbə qazanmaqla hesabımıza 3 xal əlavə etdik. Düşünürəm ki, “Rəvan”a qalib gəlməyimiz müsbət emosiyalar yaratdı. Buna görə də qələbə sevindiricidir. Matç həm də üzərində çalışmalı olduğumuz məqamları ortaya çıxardı. Onların üzərində işləyəcəyik. Bu qarşılaşmada qalib gəlmək heç də asan olmadı. Lakin əsas 3 xal idi ki, onu da əldə etdik. Rəqibin matçın hansısa bölümündə bizdən yaxşı oynadığını deyə bilmərəm. Müdafiəyə daha çox diqqət ayıran komandalara qarşı çətin olur. Matç ərzində bir neçə dəfə fərqlənmək üçün imkan əldə etsəm də, zərbələrimdə dəqiqlik çatmadı. Buna o qədər də üzülmürəm. Çünki komandamızın qələbəsi daha vacibdir. Meydana 3 xal üçün çıxmışdıq ki, bunun da öhdəsindən gəldik. Artıq 3 turdur qalib gəlirik. Növbəti turun “Xəzər Lənkəran”la matçında da qələbə qazanmağa çalışacağıq. Bizi həmin matçda da yalnız qələbə qane edir”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30