27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Skarlatake: “Xəzər Lənkəran”dan alacağım puldan ümidimi üzmüşəm”

“Xəzər Lənkəran”dan ayrılan Adrian Skarlatake Futbolxeber.az saytına müsahibə verib.

- “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra “Astra” ilə anlaşdın. Bu keçidi necə dəyərləndirirsən?

- “Astra” hazırda Rumıniyanın ən yaxşı komandasıdı. “Xəzər Lənkəran”da vəziyyət çox gərgin idi. Komandada pulla bağlı problemlər vardı. Üstəlik, həmişəkindən fərqli olaraq, “Xəzər Lənkəran” hazırda autsayderdi. Bu səbəbdən də komandada qalmağa marağım yox idi. “Astra” hazırda Rumıniyada liderdi və çempion olmaq şansı var. Həm də indi ailəmin yanındayam.

- “Xəzər Lənkəran”dan ayrılmağınla bağlı hər hansı problem olmadı?

- Transfer vərəqim gec gəldi. Hardasa, 2-3 həftə gözləməli oldum. Sonra vəkilimdən soruşdum. O isə bildirdi ki, bu, normal haldı. 10 iş günündə gələ bilər.

- Bəs, maliyyə baxımından?

- Çoxdandı maaş vermirdilər. Bu səbəbdən də istədiyim vaxt komandadan gedə bilərdim. Bunun üçün icazəm vardı.  

- Hal-hazırda “Xəzər Lənkəran”dan alacağın var?

- Var. Amma həmin məbləğdən artıq ümidimi üzmüşəm.

- Təxminən məbləğ nə qədərdi?

- Çox böyükdü.

- Konkret rəqəm açıqlaya bilməzsən?

- Rəqəm açıqlamağım yaxşı çıxmaz.

- “Xəzər Lənkəran”dan ayrılmaq sənə necə təsir etdi?

- Maaşsız oynamaq çox çətin idi. Komanda vəziyyət yaxşı deyildi.

- Komandanın hazırkı durumdan xəbərin var?

- İnternet vasitəsi ilə son oyunlarına baxmışam. Komandadakı gənc futbolçular yaxşıdı. Təəssüf ki, təcrübələri yoxdu. Amma yaxşı çıxış edirlər. Onların yanında bir neçə təcübəli futbolçu olsaydı, nəticə qazanmaq daha asan olardı.

- “Xəzər Lənkəran”a Mirça Rednikin vaxtında gəlsən də, son olaraq Yunis Hüseynovla işlədin...

- Bəli, məni komandaya ilk dəfə Rednik gətirmişdi. O ki qaldı Yunıs Hüseynova, onunla bir-birimizi çox yaxşı başa düşürdük. Həm gözəl insandı, həm də işinin öhdəsindən lazımınca gəlirdi. Onunla çox yaxşı anlaşırdıq. Xarakteri də yaxşıydı.

- Lənkəranlı azarkeşlərlə vidalaşa bildin?

- Vidalaşdım. Komandadan getdiyim üçün təəssüflənirəm. Amma vəziyyət belə gətirdi. Azarkeşlərə minnətdarlığımı bildirdim. Mən də istərdim ki, hər şey əvvəlki kimi olsun və komandada qalım. Lakin vəziyyət çox gərgin idi. Autsayder komandada qala bilməzdim.

- Rumıniyadakı maaşın Azərbaycandakından çox olacaq, ya az?

- Fərq böyükdü. “Xəzər Lənkəran”da maaşım daha yüksək idi. Amma “Astra”ya pula görə gəlməmişəm. Məqsədim çempion olmaqdı.

- Azərbaycanda hansısa başqa klubundan təklif almışdın?

- Yox, heç bir təklif yox idi. Əgər təkif alsaydım və həmin komanda iddialı olsaydı, avrokuboklar uğrunda mübarizə aparsaydı, o zaman razılaşardım.

- “Neftçi”dən də təklif gəlsəydi razılaşacaqdın?

- Yox, “Neftçi”yə getməzdim. 2 komanda, eləcə də azarkeşlər arasındakı münasibətə görə bu, mümkün deyildi.

- Belə başa düşdüm ki, təklif olacağı halda yenidən Azərbaycana qayıda bilərsən.

- Mümkündü. “Astra” ilə müqaviləm 6 aylıqdı. Yayda iddialı klublardan hansısa təklif olsa, Azərbaycana qayıdaram.

- “Astra”da hələ də debüt etməmisən.

- Transfer vərəqimi yalnız şənbə günü aldım. Bu səbəbdən də hələ ki meydana çıxa bilməmişəm. Amma növbəti göüşdə artıq oynaya biləcəyəm.

- Komandada səni necə qarşıladılar?

- Çox yaxşı. Oyunçuların çoxunu tanıyıram. Əla kollektivimiz var. Çempionluq şansımız böyükdü. Məqsəd əvvəl çempion olmaq, daha sonra Çempionlar Liqasında qrup mərhələsinə yüksəlməkdi.

Söhbətləşdi: Abbas ZAHİDİ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30