26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"İyunun 7-də qalib gəlmək istəyirik"

İyunun 7-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lüksemburq yığması ilə qarşılaşacaq millimizin baş məşqçisi Berti Foqts bu gün oyunöncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az-ın məlumatına görə, alman məşqçi ilk növbədə hazırlıq prosesindən söz açıb: "Hazırlıqlardan razıyam. Sevinirəm ki, Qətərlə oynamaq imkanımız oldu. Çempionat bitdiyindən, futbolçular məşq etmədiyindən, bu yoldaşlıq görüşü bizim üçün vacib idi. Oyunçuların məşq prosesindən razı qalmışam. Elə oyunçular ki, 100 faiz hazır deyillər. Onlar zədəlidir və vəziyyətini gözləməliyik. Bəzi futbolçular Lüksemburqla oyundan razı qalmadığımdan, borclarını qaytarmalıdır. Hər oyunçu 100 faiz əlindən gələni etsə, onda qalib gələcəyik. Qələbəni qazanmaq lazımdır. Bizə qələbəni heç kim hədiyyə etməyəcək. İyunun 7-də qalib gəlmək istəyirik".

Foqts hücum xəttindəki problemlərdən gileylənib: "Problem təkcə Raufla Vüqarla bağlı deyil. Cihan Özkara da heyətdə yoxdur. Pərdis Fərcad-Azadın da zədəsi olduğundan, oynamağı bilinmir. Dörd hücumçunun yoxluğu itkidir. Çempionatın bombardirlər siyahısına baxsaq, ilk 10 futbolçu arasında azərbaycanlı yoxdur. Arif İsayevin ilk dəqiqələrdən oynayacağını deyə bilərəm. Onu çoxdan görməmişdim. Məşqdə razı qalsam da, Qətərlə oyunda tam istədiyimi ala bilmədim".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30