26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qəbələ” “İnter”lə oyunun hazırlığına start verdi

“Qəbələ” Azərbaycan Premyer Liqasının XX turunun “İnter”lə oyununun hazırlıqlarına başlayıb. Futbolxeber.az-ın məlumatına görə, XIX turun yanvarın 30-da keçirilən “Kəpəz”lə səfər qarşılaşmasından (0:3) sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün Qəbələ şəhər stadionunda hazırlıq keçib. Məşq prosesi iki hissədən ibarət olub. Roman Qriqorçukun yetirmələri əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalarla məşq edib. Zədədən sonra hazırlıqlara qatılan Ruslan Abışov fərdi məşqlə kifayətlənib. “Qəbələ” növbəti məşqini sabah keçirəcək. Hazırlıq prosesi günün birinci yarısında baş tutacaq.

Xatırladaq ki, “İnter” - “Qəbələ” oyunu fevralın 7-də keçiriləcək. “İnter Arena”da baş tutacaq qarşılaşma saat 17:30-da start götürəcək (klub saytı).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30