Ölkə futbolu
Zurab Xizanişvili: “Bizim kimi “Qəbələ” də ardıcıl 2 oyun uduzmaq istəmir”
“İnter”in müdafiəçisi Zurab Xizanişvili Futbolxeber.az saytına müsahibə verib.
- “İnter” Premyer Liqanın III dövrəsinin ilk oyununda “Zirə”yə 1:2 hesabı ilə uduzdu. Qarşılaşma haqda nə deyə bilərsiz?
- Çətin oyunu idi. Matça yaxşı başlamadıq. İlk hissədə qapımızda qol gördük. Sonradan hesabı bərabərlədirsək də, yekunda yenə uduzduq. “Zirə”yə məğlub olsaq da, artıq bu oyunu unudub, gələcəyə baxmalıyıq. Növbəti turda “Qəbələ” ilə qarşılaşacağıq. Həmin oyunda mütləq qələbə qazanmalıyıq.
- “Zirə”yə uduzmağınızın səbəbini nədə görürsüz?
- Hər şey ilk qoldan sonra başladı. Hesabda geri düşməyimiz motivasiyamızı korladı. Demək olar ki, heç nədən qol buraxdıq. Amma ruhdan düşməməliyik, gələcəyə baxmalıyıq.
- İlk qol zamanı komanda yoldaşınız Abbas Hüseynov rəqib hücumçu ilə sona qədər mübarizə aparsa da, onun ötürmə etməsinə mane ola bilmədi. Buna görə onu günahlandırmaq olar?
- Rəqib bizi əks hücumda yaxaladı. Komanda yoldaşımın səhv etdiyini dəqiq deyə bilmərəm. Epizodun təkrarına baxmaq lazımdı. Amma qol vurulubsa, deməli hamımızın səhvi var. Həmin vaxt hesab 0:0 idi. Bəlkə də hesabı “Zirə” yox, biz açsaydıq, matçın yekun nəticəsi tam fərqli olacaqdı.
- Növbəti turda qarşılacağınız “Qəbələ” də III dövrəyə məğlubiyyətlə başlayıb. Bu məqam sizin işinizi daha da çətinləşdirəcək?
- Bəli, “Qəbələ” də Gəncədə uduzdu. Bu səbəbdən onlar bizimlə oyuna çox ciddi hazırlaşacaqlar. Bizim kimi “Qəbələ” də ardıcıl 2 oyun uduzmaq istəmir.
- Ardıcıl 2 məğlubiyyəti komandanın iddiasına zərbə hesab etmək olar?
- Belə baxanda, 2 oyun ard-arda uduzmaq faciə deyil. Amma qarşısına ciddi hədəflər qoyan klublar üçün 2 tur ard-arda xala həsrət qalmaq uğursuzluqdu.
- “Qəbələ”, “Qarabağ” və “İnter” III dövrənin ilk turunda uduzdu. Bu nəticələri siz də gözlənilməz hesab edirsiz?
- Təbii ki, bu nəticələri sürpriz saymaq olar. Amma bu futboldu və futbolu maraqlı edən məqam da məhz budur. Digər tərəfdən “İnter” “Zirə” ilə qarşılaşırdı. Yəni bu, ikinci və üçüncü pillədə qarşılaşan komandaların, eynisəviyyəli rəqiblərin dueli idi. “Qəbələ”nin Gəncədə uduzması böyük sürpriz oldu. “Qarabağ”ın da yenilgisi gözlənilməzdi. Bu isə o deməkdir ki, turnir cədvəlində komandaların hər biri digərinə yaxındı. İndidən kimin çempion olacağını deyə bilmərik
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO