27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Təbriz Həsənov: “Müdafiə olunmaq barədə düşünmürdük”

“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Pis oynamadıq. Sonda yorğunluq sözünü dedi. Hesabda öndə olanda da müdafiə olunmaq barədə düşünmürdük. Rəqib sonda təzyiqi artıraraq, qollar vurdu”. Futbolxeber.az-ın Sankt-Peterburqa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 7-ci yer uğrunda Belarusa qarşı keçirdikləri oyundan (1:2) sonra deyib.

Həsənov komandasının turnirdəki çıxışını normal sayıb: “Daha əvvəl də demişdim ki, biz turnirə Avropa çempionatına hazırlıq gözü ilə baxırdıq. AFFA rəhbərliyi də komandanın uğurlu çıxışı üçün əlindən gələni edir. Ümumi götürəndə 7-ci və ya 8-ci olmaq arasında ciddi fərq yoxdu. Buraxdığımız ikinci qola görə qapıçını günahlandırmaq istəməzdim. Futbol səhvlər oyunudu”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30