27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Raydel Pupon "Qarabağ"dan getdi

"Qarabağ" klubunun hücumçusu Raydell Pupon komandadan ayrılıb. Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçu karyerasını vətənində - "Roda" klubunda davam etdirəcək.

Klubun rəsmi saytı Puponun mövsümün sonuna qədər komandada çıxış edəcəyini yazıb. Eyni zamanda 28 yaşlı futbolçunun klubla müqaviləsini daha bir il uzada biləcəyi vurğulanıb.

"Roda"nın idman direktoru Ton Kaanen Puponun transferi haqda fikirlərini bildirib: "Pupon hiyləgər futbolçudur və Erediviziyanı yaxından tanıyır. O, istənilən yerdə qol vurmaq bacarığını sübut edib. Tez bir zamanda hücum mövqeyinə futbolçu axtarırdıq. Ona görə də Puponun transferindən məmnunuq".

Qeyd edək ki, mövsümün əvvəllində Fransanın "Valansyen" klubundan "Qarabağ"a keçən Pupon Ağdam təmsilçisində keçirdiyi 15 oyunda 1 qol vurub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30