27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

PFL istəyinə çatdı: AFFA klublara transfer qadağası qoydu

Bu gün AFFA İntizam komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, Peşəkar Futbol Liqası  İntizam Komitəsinə məktub ünvanlayaraq, Premyer Liqada çıxış edən klubların (“Qarabağ” FK istisna olmaqla) legioner futbolçular üçün nəzərdə tutulan üzvlük haqqı və cərimələrdən ibarət olan PFL-ə ödənilməmiş borclarının olduğunu və borcların son ödəmə tarixinin 29 yanvar 2016-cı il kimi qeyd olunduğunu bildirib. Eyni zamanda PFL təyin edilmiş tarixə kimi borcunu ödəməyən klublara qarşı yeni (yerli və legioner) futbolçuların qeydiyyatını və hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulması ilə bağlı da İntizam Komitəsinə müraciət edib. Yuxarıda göstərilənləri nəzərə alaraq 29 yanvar 2016-cı il tarixinə kimi PFL-ə olan borcunu ödəməyən klublara qarşı  İntizam Komitəsi aşağıdakı cəzaları tətbiq edir:

- yeni (yerli və legioner) futbolçuların qeydiyyatına qadağa qoyulsun.

- hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulsun (borc ödənilmədiyi tarixə kimi).

- borcunu ödəmiş kluba qarşı cəzalar qüvvədən düşür. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30