27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Şahin Diniyev: “Görüşün nəticəsi komandanın taleyinə təsir edəcəkdi”

Topaz Premyer Liqasının XVII turu “Kəpəz” üçün uğurlu alınıb. Şahin Diniyevin rəhbərlik etdiyi komanda səfərdə “Xəzər Lənkəran”ı 1:0  hesabı ilə üstələyib. Futbolxeber.az-ın məlumatına görə, görüşdən sonra hər iki komandanın baş məşqçisi matçla bağlı fikirlərini açıqlayıb:  

Şahin Diniyev (“Kəpəz”in baş məşqçisi): “Çox vacib oyuna çıxmışdıq. Görüşün nəticəsi komandanın taleyinə təsir edəcəkdi. Ardıcıl oyunlarda heç-heçələr etmişdik. Sevinirəm ki, vəziyyəti elə də yaxşı olmayan meydançada yaxşı rəqibə qarşı görüşdə qələbə qazandıq. Futbolçular tapşırıqları yerinə yetirdilər. Taktiki cəhətdən bəzi dəyişikliklər etmişdik. Dəyişikliyin nə dərəcədə uğurlu alınıb-alınmayacağı məni narahat edirdi. Amma yekunda qələbə əldə edə bildik”.

Yunis Hüseynov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Qalib gəlmək istəyirdik. Təəssüf ki, fərdi səhvdən qol buraxdıq. “Kəpəz” layiq olduğu qələbəni qazandı, öz komandamın çıxışımızdan razı deyiləm. Qış fasiləsinə qədər cəmi 1 oyunumuz qalıb. “İnter”lə oyuna qədər zədəli futbolçuların sıraya dönməsini təmin etməliyik ki, meydançaya 11 oyunçu buraxaq”. 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30