26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qəbələ”nin Antalyada 17 günlük hazırlığı olacaq

"Qəbələ"nin qış hazırlıq planları müəyyənləşir. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar” həmişə olduğu kimi, qış fasiləsində Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olacaq. Gələn il yanvarın 10-da başlayacaq hazırlıq 27-dək davam edəcək. Qış hazırlığı üçün 2012-ci ildən bu yana Antalyanın Belek bölgəsində yerləşən “Gloria Serenity” otelini məskən seçən “Qəbələ” bu dəfə də həmin məkana üz tutacaq.

Komanda yanvarın 10-da həmin məkanda yığışacaq. Heyətin əcnəbi üzvləri Türkiyəyə birbaşa öz vətənlərindən gələcəklər. Yerli futbolçular isə köməkçi məşqçi Sənan Qurbanovun rəhbərliyi ilə Antalyaya Bakıdan yollanacaqlar.

17 günlük qış hazırlığı dövründə “Qəbələ”nin 4-5 yoxlama oyunu keçirəcəyi nəzərdə tutulub. Rəqiblər arasında Ukrayna, Bolqarıstan klublarının olacağı gözlənilir. Matçların tarixləri və rəqiblərin adları dəqiqləşdikdən sonra açıqlanacaq.

Roman Qriqorçukun yetirmələri yanvarın 27-də Vətənə dönərək hazırlığın son günlərini burada keçirəcəklər. Komanda III dövrəyə yanvarın 30-da “Kəpəz”lə səfər oyunu ilə start verəcək.

“Qəbələ” İK qəzeti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30