27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Salonikidə son durum: “Göylər ağlamayacaq”, qoy, yunanlar ağlasın!”

Bu gün “Qəbələ” Avroliqanın qrup mərhələsinin beşinci turu çərçivəsində səfərdə PAOK-un qonağı olacaq. Matçı işıqlandırmaq üçün “Qəbələ” ilə birgə Salonikiyə yollanan jurnalistlər arasında Futbolxeber.az-ın əməkdaşı da var. PAOK - “Qəbələ” matçına marağın böyük olduğunu nəzərə alaraq, görüşə təxminən 13 saat qalmış komandamızın son durumu haqda qısa məlumat vermək istərdik.

“QƏBƏLƏ” İNANIR

Dünəndən artıq Atatarkün doğulduğu şəhərdə olan təmsilçimizin düşərgəsində yüksək əhval-ruhiyyə hökm sürür. Hava limanında, təyyarədə, oyunöncəsi məşqdə futbolçuların inamlı oluqları sezilir. Mətbuata açıqlamalarında əksər futbolçular oyunun mahiyyətini dərk etdiklərini, artıq geriyə yollarının olmadığı və matça yalnız və yalnız qələbə üçün çıxacaqlarını bildirirlər.

Elə dünən keçirilən oyunöncəsi mətbuat konfransında baş məşqçi Roman Qriqorçuk da inamlı danışdı: “Biz PAOK-un hansı durumda olmasından asılı olmayaraq, qələbə qazanmaq istəyirik”...

Bəlkə də yanılıram, amma düşünürəm ki, PAOK - “Qəbələ” oyununun nəticəsi birbaşa “Krasnodar” - “Borussiya” matçından asılıdı. Krasnodarda keçiriləcək qarşılaşma daha tez başlayacaq və “Qəbələ” meydana “Borussiya” qələbə qazandı” xəbərini eşidərək çıxsa, o zaman təmsilçimizin qələbə şansı xeyl artacaq.

ZƏDƏLİLƏRİN SON DURUMU

“Qəbələ”nin PAOK-la oyuna ciddi itki ilə çıxacağı məlum idi. Son zamanlar, xüsusən də Avroliqada komandanı arxasınca daşıyan Dodo həlledici məqamda “Qəbələ”nin yanında olmayacaq. Braziliyalıdan başqa, Dmitri Bezotosnı, Sergey Zenyov və Rafael Santos da zədədən əziyyət çəkirdi. Lakin adıçəkilən 3 futbolçu artıq komanda ilə məşqlərə başlayıb. Son məlumata görə, hər 3 oyunçu meydana çıxa bilər. Böyük ehtimalla, Qriqorçuk Zenyov və Santosa start heyətində şans verəcək.

Dodo kimi Fakundo Pereyra da bu gün meydana çıxmayacaq. Argentinalı futbolçu zədədənb əziyyət çəkmir. Sadəcə, Pereyra müqavilə ilə məhz PAOK-a məxsusdur. O, icarə əsasında “Qəbələ”yə üz tutarkən, onun Salonikidəki matçda meydana çıxmayacağı barədə razılıq əldə olunub.

MAKSİMUM 10 MİN AZARKEŞ

Salonikidə “Qəbələ”yə qarşı medianın marağını yüksək səviyyəli hesab etmək olmaz. Hava limanında komandanı yalnız 2 yerli KIV nümayəndəsi qarşıladı ki, onlardan da biri fotoqraf idi. Dünən keçirilən oyunöncəsi mətbuat konfransında yerli mətbuat nümayəndələrindən yalnız 4-5 nəfər iştirak edirdi və onlardan ikisi Roman Qriqorçuka sual verdi.

Maraqlı xəbərlərdən biri odur ki, bu gecə “Toumba Stadium”da anşlaq yaşanmayacaq. Belə ki, PAOK rəsmiləri matçı maksimum 10 min azarkeşin stadiondan izləyəcəyini qeyd ediblər. O ayrı söhbətin mövzusudur ki, çılğın 10 min yunan fanat tribunada nələr törədə bilər?!

“GÖYLƏR AĞLAMAYACAQ”

Dünən axşam Salonikidə güclü yağış yağırdı. Lakin bu gün, daha dəqiq desək, oyun zamanı “göylər ağlamayacaq”. Əsl futbol üçün ideal şərait olacaq.

“Qəbələ” artıq bir daha Yunanıstanda tarixi zəfərə imza atıb. Bu dəfə isə ən yeni tarixi yazmaq lazımdı!

İBRAHİM, Saloniki




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30