26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Xaqani Məmmədov rüşvət qalmaqalından danışdı: “Montajdı”

"Bu videonun məhz indi, Əliyar Ağayevin avrokubokların qrup mərhələsində debüt edəcəyi bir vaxtda çıxması təsadüfi deyil”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

Bu gün mətbuatda AFFA Hakimlər Komitəsinə başçılıq edən Xaqani Məmmədovun 2001-ci il, iyulun 28-i UEFA Kubokunun "Osiek" (Xorvatiya) və "Dinaburq" (Latviya) matçında qonaqlardan rüşvət təklifi alması görüntüsü yayılıb.

Məsələ ilə bağlı rekord.az-a açıqlama verən qurum rəhbəri bunları deyib: “Anar Salmanov özü də qeyd edir ki, bu disk yalnız onda və Ramin Musayevdə vardı. Həm də deyir ki, o yaymayıb. Bu iki nəfər verməyibsə, video medianın əlinə necə keçib? Zamanın belə seçilməsi məqsədlidi, mənə qarşı xüsusi hazırlanmış plandı.

Oyunun özünə gəlincə, o matçdan heç nə yadımda qalmayıb. 15 il əvvəl baş verənləri xatırlamağım mümkün deyil. Maraqlıdı, rüşvət verilibsə, alınıbsa, niyə həmin nəticə olmayıb? Pul alınsaydı, "sifariş" yerinə yetirilərdi. "Lazım olan" nəticə olmayıb, ona görə də iddialar yersizdi. Həmin vaxt komandanın baş məşqçisi indi "Qəbələ"də işləyən Roman Qriqorçuk idi. Belə şey olsaydı, nəvaxtsa, hardasa bu haqda danışar, təsdiqləyərdi. Videonun özü isə montajdı. Yüksək səviyyədə, peşəkarlar tərəfindən hazırlanmış montaj".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30