26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Henrik Mxitaryan: “Bakıya getməməyim doğru addım idi”

“Fikrimcə, Bakıya getməməyim doğru addım idi. Amma keçmişə ilişib, qalmaq olmaz”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Dortmund “Borussiya”sının erməni futbolçusu Henrik Mxitaryan deyib.

Avropa Liqasında “Qəbələ” ilə eyni qrupda yer alan Almaniya təmsilçisi oktyabrın 22-də Bakıdakı qarşılaşmaya Mxitaryanı gətirməmişdi. Lakin sabah Dortmundda baş tutacaq matçda erməni yarımmüdafiəçi iştirak edə biləcək.

Almaniya mətbuatına müsahibəsi zamanı Azərbaycandakı görüşə gəlməməsi ilə bağlı suala cavabında bunu doğru hesab edən Mxitaryan bütün diqqətini sabahkı oyuna yönəltdiyini bildirib: “Bəzi insanlar Bakıya getməməyimin yaxşı olduğunu düşünürlər. Bəziləri də deyir ki, gedib Azərbaycanda oynaya bilərdim. Ancaq mən Almaniyada qalmaqla, düzgün addım atdığımı hesab edirəm. İlk görüş barədə danışmaq istəmirəm, çünki geridə qalıb. “Qəbələ” ilə növbəti görüşü Dortmundda keçirəcəyik və bütün diqqətimizi buna yönəltmişik. Fikrimcə, normal oyun gedəcək. Çünki insanlara nəyisə sübut etmək fikrində deyiləm”.

Qeyd edək ki, Bakıda 3:1 hesabı ilə qalib gələn “Borussiya” “Qəbələ”ni sabah “Siqnal İduna Park”da qəbul edəcək.

Mənbə: apasport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30