26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qəbələ”nin yarımmüdafiəçisi yubiley ərəfəsində

“Qəbələ”nin futbolçusu Samir Zərgərov “qırmızı-qara” formada 100-cü oyununu keçirəcək. Futbolxeber.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi Topaz Premyer Liqasının “Kəpəz”lə oktyabrın 31-də keçiriləcək qarşılaşmasında meydana çıxsa, yubiley oyununu qeyd edəcək.

2006-2009-cu illərdə “Qəbələ”də çıxış edib, 2015-ci ilin yayında komandaya qayıdan Zərgərov indiyədək 99 matçda “qırmızı-qaralar”ın sıralarında olub. O, bu oyunların 78-ni Premyer Liqada, 15-ni ölkə kubokunda, 6-nı UEFA Avropa Liqasında keçirib.
Samir klub tarixində 100 və daha çox oyun keçirən 4-cü futbolçu olacaq. Ona qədər Dodo (147 oyun), Viktor Mendi (127 oyun) və Ürfan Abbasov (111 oyun) buna nail olublar. Hazırda 99 oyun keçirən Pavel Doroşevlə birlikdə 4-cü göstəriciyə malik Zərgərovun hesabında 12 qol var. Yarımmüdafiəçi klub tarixinin ən yaxşı bombardirləri siyahısında 9-11-ci yerləri bölən 3 futbolçudan biridir.
“Qəbələ”nin oyunlarında 5 dəfə penalti zərbəsi yerinə yetirib, bunların 3-də qol vuran Samir kubok matçında penaltilər seriyasında da qapını dəqiq nişan alıb.
Xatırladaq ki, yarımmüdafiəçi komandada ilk oyununu 2006-cı il avqustun 5-də keçirib. O, “qırmızı-qaralar” Premyer Liqada keçirdiyi ilk qarşılaşmada “İnter”ə qarşı 90 dəqiqə forma geyinib.    

Mövsüm 

Turnir

Oyun

Dəqiqə

Qol

Sarı

Qırmızı

2006/07

Premyer Liqa

21

1507

1

4

0

2006/07

Kubok

4

144

1

0

0

2007/08

Premyer Liqa

24

1258

3

8

0

2007/08

Kubok

7

418

2

0

0

2008/09

Premyer Liqa

24

1504

3

4

0

2008/09

Kubok

4

216

0

1

0

2015/16

UEFA Avopa Liqası

6

176

0

1

0

2015/16

Premyer Liqa

9

650

2

2

0

2015/16

CƏMİ

99

5873

12

20

0

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30