27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Dünyanın ən yaxşı klub məşqçilərinin siyahısı açıqlandı: Qurbanov 451-ci, Qriqorçuk 534-cüdü

Dünyanın ən yaxşı klub məşqçilərinin reytinq siyahısı açıqlanıb. Futbolxeber.az-ın məlumatına görə, planetin ən yaxşı 1000 çalışdırıcısı arasında Topaz Premyer Liqasında çalışan 2 baş məşqçi də yer alıb.

“Qarabağ”la ölkə çempionluğu yaşayıb, Avropa Liqasının qrupunda mübarizə aparan Qurban Qurbanov 1379 xalla 451-ci yerdədi. Həmyerlimiz Şota Arveladze, Dik Advokaat, Yatsek Zelinski, Harri Rednapp, Aleksandr Tarxanov, Ərtoğrul Sağlam, Valter Zenqa kimi tanınmış simaları arxada qoyub.

“Qəbələ”yə bürünc medal qazandırıb, qitənin 2-ci dərəcəli klub turnirinin qrupuna daşıyan ukraynalı Roman Qriqorçuk isə 1126 xalla 534-cüdü. Armin Fe və Roberto Karlos kimi tanınmış mütəxəssislər isə hər iki təmsilçimizdən geri qalır.

Siyahıya isə ispaniyalı mütəxəssislər başçılıq edirlər. “Barselona”ya rəhbərlik edən Luis Enrike 18821 xalla 1-ci, “Bavariya”nı çalışdıran Xosep Qvardiola 13105 xalla 2-ci, “Sevilya”nı uğurlara daşıyan Unay Emeri 12995 xalla 3-cüdü.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30