27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Onlarsız “Neftçi” heç nədir”

“Neftçi” PFK-nın futbolçusu Cavid İmamverdiyev klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi FİFA-nın “Mübahisəli Məsələlərin Həlli Şurası”nın çıxardığı qərara münasibət bildirib: “Əvvəla “Neftçi” rəhbərliyinə, mənə dəstək olan məşqçilərimə, komanda yoldaşlarıma dərin təşəkkürümü bildirirəm, ki, mənə sahib çıxdılar. Bu işdə kimin əziyyəti varsa, hamısına minnətdaram. Hazırda zədəlilərimiz də çoxdur, inşallah, mən də 2-3 oyuna əvvəlki formamı bərpa eləyərəm”.

Cavid İmamverdiyev həmçinin azarkeşləri komandaya dəstək olmağa çağırıb: “Azarkeşlər mənim ürəyimdir. “Neftçi” azarkeşləri həmişə mənim ürəyimdə yaxşı kimi qalıb və qalacaqlar. Onlardan xahişim budur ki, komandanı çətin vəziyyətdə tək qoymasınlar. Biz onları sevirik, həmişə onları dəstəkləyirik. Onlarsız “Neftçi” heç nədir”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30