26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Mxitaryan: “Azərbaycana viza almışam? Bilmirəm, “Qəbələ” ilə oyuna hazırlaşıram”

Avroliqanın qrup mərhələsində “Qəbələ”nin Dortmund “Borussiya”sının hücumçusu Henrik Mxitaryan Rusiyanın “Sport-Ekspress” qəzetinə müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, erməni futbolçu müsahibəsində Bakıya gəlişi haqda sualı da cavablandırıb: “Azərbaycana viza alıb-almadığımı bilmirəm. Pasportum məndə deyil. Bu haqda klub rəhbərliyi dəqiq danışa bilər. Mən üzərimə düşəni edib, qarşıdakı oyuna hazırlaşıram”.

Rusiyalı jurnalistin “Bu qrupdan növbəti mərhələyə “Borussiya” və “Krasnodar” çıxacaq sualına, erməni futbolçu “bilmirəm” cavabını verib. Bununla belə, Mxitaryan “Krasnodar” haqda yüksək fikirlər səsləndirib: “Bilirəm ki, “Krasnodar” son illər inkişaf edir. Lakin yenə də Dortmunda onlardan belə oyun gözləmirdik. “Krasnodar”ın əla kollektivi var. Bu cür davam etsələr, gələcəkdə ciddi uğurlar qazanacaqlar”.

Qeyd edək ki, erməni futbolçunun Bakıya gəlib-gəlməyəcəyi hələ məlum deyil. Dortmund klubunun icraçı direktoru Hans-Yoahim Vatske böyük ehtimalla, futbolçunun Bakıya gətirilməyəcəyini vurğulayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30