26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Neftçi" tərəfindən seleksiya xarakterli məşq təşkil olunub

“Neftçi” tərəfindən 201 saylı tam orta məktəbin futbol meydançasında seleksiya xarakterli təlim-məşq təşkil olunub. Futbolxeber.az-ın məlumatına görə, “Neftçi”nin Futbol Akademiyasının məşqçiləri tərəfindən aparılan məşqlərə Nizami rayonunun 201, 328, 227 və 312 saylı tam orta məktəblərində təhsil alan uşaqlar cəlb olunub. Öncə iştirak üçün qeydiyyatdan keçmiş uşaqlar daha sonra meydançada bacarıqlarını nümayiş etdiriblər. “Neftçi” PFK-nın idman direktoru Vəli Qasımovun rəhbərliyi altında baş tutmuş seleksiya prosesində klubun seleksiyaçıları Bəxtiyar Musayev, Səmədağa Şıxlarov, eləcə də Futbol Akademiyasının məşqçiləri İslam Kərimov, Tural Kərimov, Emin Salmanov, Ruslan Qafitulin, Taleh Əzizov, Araz Qulamov, Hüseyn Məhəmmədov, İsmayıl Hüseynov ümumilikdə 117 uşağın futbol bacarığını yoxlayıblar.

Seleksiya xarakterli məşqi “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədovla yanaşı, Braziliyanın “Fluminense” klubunun Bakıda səfərdə olan nümayəndəsi Marselo Teşeyra da izləyib. Braziliyalı qonaq bu kimi tədbirlərin təşkil olunmasının futbolun inkişafında müstəsna rolu olduğunu bildirib. M.Teşeyra Azərbaycanda futbola böyük marağın olduğunu qeyd edərək, bu uşaqların arasından gələcəkdə məşhur futbolçuların çıxacağına əminliyini ifadə edib.

2 saatdan artıq davam etmiş seleksiya xarakterli məşqin sonunda iştirakçılar birgə xatirə şəkli çəkdiriblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30