27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Neftçi”nin hücumçusu: “Levski”yə qayıdacağıma ümid edənləri ...”

“Neftçi”nin hücumçusu Anyete klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, ispan futbolçu son günlər sabiq klubu “Levski”yə qayıdacağı haqda yayılan xəbərlərə münasibət bildirib: “Bolqarıstana bəzi sənədləri düzəltməyə getmişdim və fürsətdən istifadə edərək “Levski”nin oyununa baxdım. Çünki futbol oynamağı sevdiyim kimi, baxmağı da sevirəm. Amma mən “Levski”yə qayıtmaq barəsində heç kimlə nə danışıq aparmışam, nə də söhbət etmişəm. Mənə iki dəfə yaxınlaşıb müsahibə almaq istəsələr də, razılaşmadım. Bolqarıstan mediasında yer almış açıqlamalar isə həqiqəti əks etdirmir. Konkret deyim ki, “Levski”yə qayıdacağıma ümid edənləri sevindirə bilməyəcəm.

“Neftçi”də xoşbəxtəm. Məşqçilər, komanda yoldaşlarım və rəhbərlik mənə böyük etimad göstərir, Azarkeşlərimiz isə sadəcə möhtəşəmdi. Mən bu etimadı doğrultmaq, azarkeşlərimizi qələbələrlə sevindirmək istəyirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30