4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Qəbələ” “Krasnodar”la oyunun hazırlığına başlayır

Topaz Premyer Liqasının VI turunun sentyabrın 25-də keçirilən “Rəvan” - “Qəbələ” qarşılaşmasının (0:3) ertəsi günü paytaxtda səhər məşqinə çıxan “qırmızı-qaralar” bir günlük istirahətdən sonra bu gün bir araya gələcək. Futbolxeber.az-ın məlumatına görə, ötən turda meydana çıxanların bərpa, digərlərinin tam məşq etdiyi son hazırlıqdan fərqli olaraq sentyabrın 28-də komanda birlikdə çalışacaq.

Bu gün axşam məşqi ilə “Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun “Krasnodar”la (Rusiya) oyununun hazırlığına start verəcək. Roman Qriqorçukun yetirmələrinin paytaxtda iki gün məşq etməsi planlaşdırılıb. Sentyabrın 30-da səfərə yollanacaq komanda, oyunöncəsi məşqini matçın keçiriləcəyi stadionda gerçəkləşdirəcək.

Xatırladaq ki, II turun “Krasnodar” - “Qəbələ” oyunu oktyabrın 1-də baş tutacaq. Bakı vaxtı ilə saat 00:05-də başlayacaq qarşılaşma “Kuban” stadionunda keçiriləcək.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31