4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Aleksey Qay: “Krasnodarda “Qəbələ”dən hər şey gözləmək olar”

“Rəvan”la oyunda az güc sərf etmədik. Böyükhesablı qələbə qazandıq. Təbii ki, qalib gəlmək hər zaman xoşdur”. Futbolxeber.az saytına müsahibəsində “Qəbələ”nin aparıcı üzvü Aleksey Qay deyib.

Ukraynalı yarımmüdafiəçi oktyabrın 1-də Avroliqanın qrup mərhələsinin ikinci turu çərçivəsində səfərdə “Krasnodar”a qarşı keçirəcəkləri görüşdən də söz açıb: “Biz hər oyunda qələbə qazanmaq istəyirik. Krasnodar səfərdində “Qəbələ”dən hər şey gözləmək olar. Şans həmişə var. Hətta şans olmayanda belə”.

Qay qrupdan çıxmaq perspektivi barədə sualı belə 0cavablandırıb: “Əlbəttə, bizi qarşıda çətin oyun gözləyir. Belə oyunlarda təcrübə toplayırıq. Məqsədimiz hər oyunda xal toplamaqdı. Alınsa, qrupdan da çıxmaq istəyirik. Bunu kim istəməz ki?”

“Qəbələ”nin “19 nömrə”si sonra yenidən Ukrayna millisinə cəlb olunmaq şansı barədə danışıb: “Açığı, bu barədə düşünmürəm. Desəm ki, milliyə çağırılacağımı gözləyirəm, yalan olar. Ümid həmişə olur. Lazım olsam, çağırarlar. Ancaq bu barədə çox da düşünmürəm”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31