Ölkə futbolu
Anar Hacıyev: “İştirak etdiyimiz forum təcrübəmizin artmasına səbəb oldu”
“Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Futbolxeber.az saytına müsahibə verib.
- Bu günlərdə UEFA tərəfindən təşkil olunan forumda iştirak etdiniz. Əvvəlcə təəssüratlarınızı öyrənmək istərdik.
- UEFA tərəfindən təşkil olunan sözügedən tədbir artıq 4-cü dəfə idi ki keçirilirdi. Foruma Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış komandaların mətbuat katibləri dəvət almışdı. Və bir neçə klub xaric bütün komandaların nümayəndələri konfransda yer almışdı. Gediş - gəliş və otel xərcləri UEFA tərəfindən ödənmişdi. Konfransın məqsədi iki mühim yarışda iştirak edən komandaların mətbuat xidməti rəhbərlərini biraraya gətirmək, UEFA və klubların bir-birinə yaxınlaşmasını, daha səmərəli fəaliyyət göstərməsini təmin etmək, onları son yeniliklərlə tanış etmək idi.
Bundan əlavə oyundan bir gün öncə və oyun günü klubun mətbuat xidmətlərinin üzərinə düşən iş, oyunöncəsi və oyunsonrası müsahibələrin təşkili, yayım hüquqa malik televiziyaların UEFA-nın qaydaları çərçivəsində istəklərinin təmin olunması kimi məsələlər də müzakirə olundu. UEFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Pedro Pinto çıxış edərək futbol qurumunda son illərdə reallaşdırılan layihələr barədə məlumat verdi. Müxtəlif ölkələrdə aşağı yaş qrupları və qadın futbolunun inkşafı üçün təşkil olunan proqramlar və statistik rəqəmlər barədə qısa videoçarx konfrans iştirakçılarına təqdim olundu. Tədbirdə müxtəlif klubların media nümayəndələri ilə fikir mübadiləsi etmək imkanımız da oldu. Bir də informasiya və komunikasiya texnologiyaları departamentinin rəhbəri Daniel Marion, "Avropa futbolunda texniki inkişaf" mövzusunda çıxış etdi.
- Avroliqanın qrup mərhələsində “Qəbələ” ilə eyni qrupda yer alan “Borussiya”, “Krasnodar” və PAOK-un nümayəndələri ilə söhbətiniz oldu?
- Təbii ki, qrupumuzdaki komandalarin mətbuat katibləri ilə söhbətləşdik. Qarşıdakı oyunlarla bağlı fikir mübadiləsi apardıq.
- Bu gün ən çox muzakirə olunan məsələlərdən biri də “Borussiya”nın hücumçusu Henrik Mxitaryanın Bakıya səfəridi. Bununla bağlı Dortmund klubunun nümayəndəsi ilə bu haqda hansısa müzakirə aparıldı?
- Xeyr, bu barədə danışmadıq.
- Eləcə də digər türk klubları - “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Astana”nın nümayəndələri ilə də görüşünüz oldu...
- Onlarla da görüşdük. Müəyyən məsələlər barədə fikir mübadiləsi apardıq. Eləcə cə oyunlarda media ilə bağlı yardımlaşma imkanlarımızı müzakirə etdik.
- Söyləmək olar ki, bu forum sizə qrup mərhələsinin oyunlarında çox faydalı olacaq?
- Təbii ki. Bu, ölkəmizin təmsil olunduğu ilk forum idi. Halbuki buna qədər keçirilən forumlarda təmsil olunmamışdıq. Bu da bizim üçün böyük təcrübə oldu.
- İlk dəfə “Neftçi” qrup mərhələsinə vəsiqə qazananda AFFA-nın köməyindən faydalandı. “Qarabağ” isə bütün işləri özü gördü. Bu baxımdan “Qəbələ” hansı addımı atacaq?
- Artiq arxada 4 mərhələ qoymuşuq və oyunlarda media işlərinin təşkili ilə bağlı müəyəən təcrübəmiz var. Təbii ki, qrup mərhələsinin tələbləri daha ciddidir. Amma hansısa problemlər yaşayacağımıza inanmıram. İştirak etdiyimiz forum da bu sahədə təcrübəmizin artmasına səbəb oldu. Üstəgəl "Qarabağ"ın mətbuat xidməti ilə də təcrübə alış-verişi edirik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO