27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qarabağ”ın futbolçusu ailəsində baş verən bədbəxt hadisədən danışdı

“Qarabağ”ın yarımmüdafiəçisi Elvin Məmmədovun atasının vəfat etdiyini xəbər vermişdik. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu bu səbəbdən “Yanq Boyz”la cavab oyununu buraxmalı olmuşdu. Bir neçə gün məşqlərdən uzaq qalan 27 yaşlı yarımmüdafiəçi bu gündən etibarən hazırlıqlara qoşulub. Elvin klubun rəsmi saytına baş verənləri dəyərləndirib: “Hər kəs birgün dünyasını dəyişəcək. Atamın dünyasını dəyişməsi üzücü olsa da, həyat davam edir. Bu çətin məqamda məni dəstəkləyən, zəng edən, yazıb başsağlığı verən hər kəsə özü təşəkkürümü bildirirəm. Futbol camiəsindən, jurnalistlərdən, azarkeşlərdən xeyli smslər gəlib. Yazıb başsağlığı verənlərin hər birinə minnətdaram. Komandamızın baş məşqçicisi Qurban Qurbanov da  mənə ailəmin yanında olmağa şərait yaratdı. “Yanq Bozs”la oyunda məlum səbəblərdən iştirak edə bilmədim. Oyuna baxa bilmədim. Sadəcə, sonradan internet vasitəsiylə baş verənlərdən xəbər tutdum. Komandamızın Avropa liqasının qrup mərhələsində iştirak edəcəyi olduqca xoş xəbərdi. Bu gündən məşqlərə başlayıram. Bir daha hər kəsə verdiyi dəstəyə görə təşəkkür edirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30