26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Neftçi”nin diqqətinə: “Kənar şəxs”, yoxsa həqiqi azarkeş?

Xəbər verdiyimiz kimi, “Neftçi” klubu dünən “İnter”lə oyundan sonra baş verən qalmaqalla bağlı bəyanat yayıb. Burada çox diqqətçəkən məqam bəyanatı hazırlayan şəxsin meydana daxil olan azarkeş haqda “başqa sektordan meydançaya daxil olmuş kənar şəxs” ifadəsidir. Futbolxeber.az-ın məlumatına görə, Nurlan Əziz artıq xeyli illərdir ki, “ağ-qaralar” azarkeşlik edir. Daim “Neftçi”ni stadiondan dəstəkləyib. Aşağıda təqdim edəcəyimiz fotolarda buna özünüz də şahid ola bilərsiniz. Elə foto var ki, 2009-cu ildə çəkilib. Həmin vaxt isə bu gün “Neftçi”də olanların 95 faizi heç klubda deyildi. Bu halda klub rəsmiləri nəyə görə azarkeşi “kənar şəxs” adlandırır? Bununla kimi aldadırlar? Ümumiyyətlə, klub rəhbərliyi nəyə görə bu məsələdə susma mövqeyi tutub? Müşahidə Şurasının sədri Çingiz Abdullayev, icraçı dirtektor Elnur Məmmədov nəyə görə məsələyə münasibət bildirmirlər? Deyəcəklər ki, klub rəsmi saytı vasitəsi ilə bəyanat yayıb. Amma azarkeş haqda yer alan “kənar şəxs” ifadəsi bu bəyanatın qeyri-səmimiliyini göstərir.

Onu da əlavə edək ki, Nurlan Əziz daha əvvəl də meydana daxil olub, futbolçulara uğursuzluğa görə etirazını bildirib. Amma həmin vaxt “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə normal şəkildə azarkeşlə söhbət edərək, onun fikilərini dinləmişdi. İndi isə Nurlan 5 sutkalıq cəza alıb. “Neftçi” sevgisi, klubun uğursuzluğuna etiraz etməsi onun qarşıdakı 120 saatı dəmir barmaqlıqlar arasında keçirməsinə gətirib çıxarıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30