26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Zirə” dünya çempionatının iştirakçısını transfer etdi

Hazırlığını Türkiyədə davam etdirən “Zirə” daha bir futbolçu ilə güclənib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, nigeriyalı Çimezi Mba komandayla bir illik müqaviləyə imza atıb. Müdafiəçi İsrail təmsilçisi, Petax-Tikvanın “Hapoel” klubundan ölkəmizə gəlib. Peşəkar karyerasına vətənində başlayan Mba milli komandadakı çıxışı ilə avropalıların diqqətini çəkib. 23 yaşlı müdafiəçi əvvəlcə Belçika, ardından isə İsrailə yollanıb. Mba Nigeriyanın U-20 yığma komandasinda oynayib. O, 2011-ci ildə Kolumbiyada keçirilən dünya çempionatında da iştirak edib. Həmin vaxt Mbanın yer aldığı Nigeriya yığması qrupda 1-ci yeri tutub. 1/8 final mərhələsində İngiltərəni məğlub edən Çimezinin komandası 1/4-də Fransaya penalti seriyalarında uduzub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30