27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Rubin” Bakıya gəlməkdən imtina etdi

 

Məlumat verdiyimiz kimi, iyun ayının 17-də İBA U-14 Cup uşaq futbol turniri başlayacaq. Futbolxeber.az-ın məlumatına görə, turnirin iştirakçıları arasında dəyişiklik baş verib. Belə ki, Kazanın “Rubin” komandasının yerinə Gürcüstanın “Dinamo”(Tbilisi) komandası iştirak edəcək.

Qeyd edək ki, ötənilki turnirin qalibi “Rubin” iyul ayında Kazan şəhərində XXVİİ Ümumdünya Universiadanın keçirilməsilə əlaqədar olaraq Bakıya gələ bilməyəcək.

Əlavə edək ki, tezliklə püşkatma mərasimi keçiriləcək və komandalar hər birində 4 komandanın mübarizə aparacağı 2 qrupa bölünəcək.

Xatırladaq ki, turnirdə “İnter”(Azərbaycan), “Partizan”(Serbiya), “Vilyarreal”(İspaniya), “Yurqorden”( İsveç), “Dinamo”(Gürcüstan), “Ayntraxt”(Almaniya), “Karpatı”(Ukrayna) və “Beşiktaş”(Türkiyə) komandaları iştirak edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30