27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qəbələ” “Çukariçki” ilə matçın hazırlığına başladı

“Qəbələ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Çukariçki” ilə cavab oyununun hazırlıqlarına başlayıb. Futbolxeber.az-ın məlumatına görə, Serbiyadakı ilk qarşılaşmanın (0:1) ertəsi məşq edib, sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələdə bir araya gəlib.

Şəhər stadionunda baş tutan axşam məşqində Roman Qriqorçukun yetirmələri fiziki hazırlıq və toplu çalışmalara üstünlük verib. Hazırlıqda komandanın bütün futbolçuları iştirak edib. “Qəbələ” növbəti 2 məşqini də öz stadionunda keçirəcək. İyulun 22-də Bakıya yollanacaq komanda, oyunöncəsi son məşqini qarşılaşmanın baş tutacağı “Bakcell Arena”da gerçəkləşdirəcək.

Xatırladaq ki, “Qəbələ” - “Çukariçki” oyunu iyulun 23-də Bakıda keçiriləcək. “Bakcell Arena”dakı qarşılaşma saat 21:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30