27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Cavid İmamverdiyev Avroliqada “Neftçi”yə kömək etməyəcək?

Az öncə xəbər verdiyimiz kimi, “Neftçi” Avroliqada iştirak üçün sifariş vərəqəsini UEFA-ya göndərib. Siyahıda ən çox diqqət çəkən məqam yenidən komandaya dönən Cavid İmamverdiyevin adının siyahıda olmamasıdır. “Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə Futbolxeber.az saytına verdiyi açıqlamada məsələyə belə münasibət bildirib: “Cavid İmamverdiyev son olaraq icarə əsasında “Elazığspor”da forma geyib. Onun bu klubla müqaviləsi iyunun 30-da başa çatır. İyulun 1-dən artıq Cavid İmamverdiyevin “Neftçi”yə qayıdışı rəsmiləşəcək. Bundan sonra da onun adı UEFA-ya təqdim edilən siyahıya əlavə olunacaq. İmamverdiyev Avroliqada “Neftçi”nin formasını geyəcək”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30